vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
20:22 | 13 noyabr 2016 | Bazar Məqaləyə 1214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yüzminlərlə insan küçələrə çıxır

ABŞ-da Tramp əleyhinə etiraz aksiyaları səngimir

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikanın bir sıra şəhərlərində yüz minlərlə insan Donald Trampın ABŞ-ın prezidenti seçilməsinə qarşı etiraz aksiyası keçirməkdə davam edir.

Virtualaz.org bildirir ki, bu barədə bu gün ABŞ KİV-inə stinadən «İnterfaks» xəbər yayıb.

Ən kütləvi çıxışlar Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda və Portlenddə qeydə alınıb.

Bir gün əvvəl Portlend şəhərinin meri Çarlz Xeys və şəhər polisinin rəisi Maykl Marşman etiraz edənləri sakitləşməyə və vandalizm əməllərindən çəkinməyə çağırmışdılar. Amma...

Etirazların bir çox iştirakçıları saxlanılıb, onların polis bölmələrindəki dəqiq sayı barədə məlumat verilmir.

Bundan başqa, polis bir çox yerlərdə etiraz edənləri saxlamaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etməli olub.