Kimsə oxumaq istəyir, kimsə işləmək, kimsə də...
Təyyarədə oturacağın arxasını endirmək nəzakətsizlikdirmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yaşıl” təyyarə
Çox ucuz qiymətə və ən səmərəli hava gəmisi
-
“F-35”in haker qorxusu
5-ci nəsil qırıcı-bombardmançı təyyarələrin kibertəhlükəsizlik boşluqları varmış
-
Nyu-Yorkdan Londona 90 dəqiqəyə
Səsdən sürətli sərnişin təyyarəsi hazırlanır
-
Uçuş beynimizə necə təsir göstərir?
Təyyarədə yaranan mühit bizi daha emosional edə bilər
-
Rusiya 6 təyyarə, 2 helikopter itirdi
Aerodroma hücum zamanı 10 əsgər yaralanıb
-
Elektriklə çalışan sərnişin təyyarələri gəlir
Sınaq uçağı 2020-ci ildə hazır olacaq
-
«Lufthansa», «Air Berlin»i satın alır
81 təyyarə, 3 min əməkdaşla birlikdə
-
Təyyarələrin hava burulğanlarına düşmə sayı artacaq
Transatlantik reyslərdə 180, Avropa səmalarında isə 160 faiz
-
5-50 ildə təyyarələrin gələcəyi
Səsdən iti, ayaqüstə, baqajsız və pulsuz uçuş?
-
«Low-cost» nədir?
Dünyanı ən ucuz gəzməyin yolları...
-
«Boeing» pilotsuz sərnişin reyslərinə hazırlaşır
2021-ci ilədək biryerlik uçan taksilərin sınaqları keçiriləcək
-
Göydə doğulan uşaq yerə enməyə bilər
«Jet Airways» uçuş zamanı dünyaya gələməyən körpəyə ömürlük təyyarə bileti verib
-
Ər və arvad dalaşmağı...
...Təyyarəni 30 dəqiqə yubatdı
-
Moskva-İrəvan reysində insident
Ekipaj uçuşdan imtina edti
-
ABŞ sürətlə «qan itirir»
Dünyanın ən qüdrətli ordusunun inanılmaz problemləri
-
Uzaq uçuşlar qara ciyər xərçəngi yarada bilər
Çəki artımı, qara ciyərin piylənməsi və xronik iltihab...
BBC müxbiri, təyyarə ekipaj işçilərindən, yan oturacaqdakı qonşun ilə münaqişə yaşamamaq üçün təyyarədə necə davranmaq yollarını öyrənib.
Belə bir vəziyyət təsəvvür edin: təyyarə ilə gecə boyu uçmalısınız. Oturacağın arxasının endirib yatmağa hazırlaşırsınız. Oturacağın arxası isə tərpənmir.
Səbəb nədir? Siz qəza çıxışında oturmamısınız və buna görə də, oturacağın arxası aşağı hərəkət etməlidir. Oturacaq sınmayıb. Arxaya çevrilib məsələnin nə yerdə olduğunu anlayırsınız.
Arxanızda əyləşən sərnişin, oturacağın arxasını endirə bilməməyiniz üçün bir vasitədən istifadə edib. Bu vasitənin, hər biri steplerden böyük olmaya iki plastik sancağı var ki, sizin oturacağın arxasındakı açılıb-bağlanan stolu tərpənməz vəziyyətdə saxlayır.
Sərnişin bu halda, sizin, oturacağın arxasını gözlənilmədən aşağı endirmənizdən narahat olmayaraq, yeyə və ya işləyə bilər. Amma siz rahat yata bilməyəcəksiniz. Nə etməli?
Bənzəri vəziyyət pis nəticələnə bilər. 2014-cü ildə Amerika aviaşirkətlərindən olan «United Airlines»in Nyu-Cersidən Denverə baş tutan uçuşlarından birində, iki sərnişin arasındakı mübahisə üzündən məcburi eniş edilir.
Sərnişinlərdən biri Knee Defender (Diz Qoruyucu) adlı və qarşıdakı oturacağın arxasının enməsinə mane olan məhsuldan istifadə edir. Nəticədə mübahisə yaranır: qarşıdakı sərnişin oturacağın arxasını endirə bilmir və arxadakı sərnişinin üzünə su tökür.
Təyyarə marşrutdan çıxaraq Çikaqoda yerə enir və hər iki sərnişin uçuşdan uzaqlaşdırılır. (İnsident haqqında xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra, Diz Qoruyucunun satışı birdən-birə yuxarı qalxır.)
Təyyarədə sərnişinlər arasında münaqişələr plastik stolsuz da baş verir.
Oturacağın arxasını endirmək hansı halda nəzakətsizlik sayılır?
«Oturacağın arxasını endirmək sərnişinlərdə böyük narahatçılıq yaradır», «Sky with a Suitcase» adlı podkastın aparıcısı və ekipaj üzvü Betti Teski deyir.
«Kabində bir neçə santimetr üçün bir-birinə az qala yumruq atacaq kişilər görmüşəm. Belə hallarda, özümü, uşaq bağçasındakı polis rolunda hiss etmişəm: vəziyyəti və mübahisə edənləri sakitləşdirmək».
Aviaşirkətlərin qəbul edilmiş təhlükəsizlik qaydalarına əsasən, təyyarə yerdə sürülmə, uçuşa başlama və enmə anında oturacağın arxası, şaquli vəziyyətdə qalmalıdır.
Bir çox aviasiya qəzaları məhz bu vəziyyətlərdə baş verir. Buna görə də, oturacaqların arxası vertikal vəziyyətdə qalmalıdır ki, qəza enməsi zamanı təhlükəsiz formasında qala bilsinlər. Eyni zamanda, bu halda təyyarəni daha tez tərk etmək mümkündür.
Bəs kabin ekipajı, oturacağın endirilməsi ilə bağlı mübahisələrə hansı halda rast gəlir?
«Şəxsən mən düşünürəm ki, ən nəzakətlisi, oturacağın arxasını sonacan yox, yarıyacan endirməkdir», Teski söyləyir. «Bundan əlavə, yemək zamanı oturacağı şaquli vəziyyətdə saxlamaq, ən doğrusudur».
Nəzakətli olmaq, burada ən vacib rolu oynayır: istədiyiniz an düyməni sıxaraq oturacağın arxasını aşağı endirmək kobudluqdur.
Özü də keçmiş ekipaj üzvü olan bu məqalənin müəllifi xatırlayır ki, bu halda ən uğurlu üsul, arxadakı sərnişindən soruşmaqdır: «Oturacağın arxasını endirsəm, etiraz etməzsiniz?»
Bir qayda olaraq, sualın ardında gülümsəmə gəlir və nadir hallarda rədd cavabı alınır.
Bəzən qonşu sərnişin cavab verir: «Mən indi kompüterdə işləyirəm. İşimi bitirənəcən 15 dəqiqə gözləyə bilərsinizmi?»
Anlayışlı olun
Digər faktorları da nəzərə almaq lazımdır.
«Bütün reyslər eyni deyil», etiket üzrə mütəxəssis Daniel Post Senninq deyir. «Yemək zamanı, qısa uçuşlarda və ya ətrafda bir çoxunun masaüstü kompüterdə işlədiyi zaman oturacağın arxasını endirmək lazım deyil. Amma, bir çox sərnişinin yatdığı, uzun uçuşlarda bunu etməkdə heç bir qəbahət yoxdur».
Əgər şübhə varsa, Senning təklif edir ki, digər sərnişinlərin necə davrandığına nəzər yetirin. Ətrafdakıların bir çoxu istirahət məqsədilə oturacağın arxasını endiribsə, siz də rahatlana bilərsiniz.
Arxada kimin oturduğunu bilmək də vacibdir.
Əgər arxa oturacaqdakı qonşunuz hündür boya və uzun ayaqlara malikdirsə, oturacağı arxasını endirməmək daha yaxşı olar. Əgər arxada uşaq oturubsa, o, oturacağın arxası endiyi halda oturacağa vura bilər: təbii ki, bu vəziyyətdə məqsədəuyğunluq rol oynayır.
«Karyeram boyunca cəmi bir dəfə sərnişin məndən oturacağı necə irəli çəkə biləcəyini soruşub», Betti Teski xatırlayır. «Mən bunun səbəbini soruşduqda o cavab verdi ki, arxada əyləşənlərə daha çox yer verə bilmək üçün. Bu sərnişin, milyonda bir tapılır».