vaxtlı-vaxtında oxuyun! Cümə, 28 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
15:50 | 29 aprel 2017 | Şənbə Məqaləyə 1233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yenə sel, yenə daşqın

Zəncan kəndlərinə ağır ziyan dəyib, xəsarət alanlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gecə yağan güclü yağış nəticəsində sel Zəncan Vilayətinin 6 kəndini bürüyüb, kəndlərə ağır maddi ziyan dəyib, 4 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, Zəncan, Xudabəndə və Mahnişan  şəhərlərinin Kəsik, Hüseynə, Abad Göycə, Məntiş, Sazın və Zağa kəndlərini sel-daşqın suları bürüyüb, sel kəndlərdə ciddi fəsadlar törədib.

Zəncan Vilayəti Qızıl Aypara Cəmiyyətinin rəisi Şəhram Mirzayi sel hadisəsində 4 nəfərin xəsarət aldığını bildirib.

Xudabəndə Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Babulla Fəthi isə ərazidə yerləşən əkin sahələri və yaşayış məntəqələrinin 80-100 faiz ziyan gördüyünü bildirib. O həmçinin vurğulayıb ki, 3 min hektar buğda əkini sahəsi sel sularına məruz qalaraq ağır ziyan görüb.