vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
11:03 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Danışıqlar olmayacaq!»

Qətərin xarici işlər naziri: «Blokada götürülməyənə qədər ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qətər bildirib ki, iqtisadi blokada və səfərlərə qadağa götürülməyənə qədər qonşu ölkələrlə danışıqlar aparmayacaq. Körfəz ölkələri Qətəri terrorizmi dəstəkləməkdə günahlandırıb. Rəsmi Doha bu ittihamları kəskin şəkildə rədd edir.

«Biz hamı üçün bunu aydın etmişik ki, danışıqlar sivil yolla aparılmalıdır və bunun üçün möhkəm əsas olmalıdır, onlar təzyiq, ya da blokada altında aparılmamalıdır», Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni Dohada müxbirlərə bidirib.

Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri iki həftə öncə Qətərlə münasibətləri kəsib. Bununla Körfəz bölgəsindəki ərəb ölkələri arasında yaxın gələcəkdə sonu görünməyən bir böhran yaranıb.

«İndiyə kimi biz blokadanın qaldırılması istiqamətində inkişafın olduğunu görməmişik, bu isə irəliyə getmək üçün ilkin şərtdir», Əl-Səni bildirib.

Səudiyyə Ərəbistanı iyunun 5-də ilk addım ataraq, öz səfirini Qətərdən geri çağırıb və Qətər vətəndaşlarını iyunun 19-na qədər ölkədən çıxıb vətənlərinə qayıtmağa məcbur edib. Səudiyyə Ərəbistanı Qətərlə quru sərhədi bağlayıb və Qətər təyyarələrinin Səudiyyə Ərəbistanının hava hövzəsindən istifadə etməsinə qadağa qoyub.

Əl-Səni iddia edir ki, Körfəz Əməkdaşlıq Şurasının altə ölkəsi ilə əlaqədar hər hansı bir məsələ danışıqlar obyekti olmalıdır. Şuraya Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və Oman daxildir.

Onun sözlərinə əsasən, Qətər Körfəz ölkələri, ya da başqa ölkələrdən heç bir tələb almayıb.