vaxtlı-vaxtında oxuyun! Cümə, 18 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:04 | 24 iyul 2019 | Çərşənbə Məqaləyə 543 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Doğrayaraq öldürəcəyik”

Qadın nazirdən qorxunc açıqlama

Misirin miqrasiya naziri Nabila Makram Sisi rejimini tənqid edənləri doğrayaraq öldürməklə təhdid edib. Makramın Torontoda qatıldığı iclasdakı çıxışı sosial medianın gündəminə düşüb.

İştirakçılardan biri tərəfindən çəkilən görüntülərdə Makram bunları söyləyib:

“Bizim sadəcə bir ölkəmiz var, O da Misirdir. Misir bizi bir araya gətirən məfhumdur. O, hara getsək də, qəlbimizdə yaşayacaq. Bununla bağlı mənfi bir fikrə dözümümüz yoxdur. Misir əlehinə danışan hər kəs doğranacaq”.

Makramın əlini boynuna aparaq göstərdiyi kəsmək işarəsindən sonra iclasdakı bir qrup insan təəccübünü gizlədə bilməyib. Digər qrup isə onun bu fikirlərini alqışlayıb.

Nazir Makranın bu çıxışının videosunu sosial mediaya yükləyən "Misirli Kanadalıların Demokratiya Koloniyası" adlı təşkilatın üzvləri nazirdən şikayətçi olublar.

Təşkilatın  rəhbəri Əhməd Əbdülqadir "Anadolu Agentliyi"-nə verdiyi açıqlamada misirli nazirin Kanadada kanadalılara qarşı bu cür sözlərini skandal adlandırıb.

“Xaricdə yaşayan misirliləri təhdid edən rejimin Misirdə yaşayanlara nələr edə biləcəyini düşünmək o qədər də çətin deyil. İnsan haqlarını sistemli şəkildə pozan bu rejim artıq öz həmvətənlərini xaricdə də narahat edir. Eyni zamanda başqa bir rejimin nazirinin Kanadada kanadalıları təhdid etməsi görülməmiş bir şeydir. Biz kanada vətəndaşlığına keçmiş misirlilər olaraq Makramı polisə şikayət etdik”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *