vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
11:27 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 2901 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Salyanın Varlı kəndində kasıb dramı

İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular

Salyanda 2 gün əvvəl intihara cəhd edən 2-ci Varlı kənd sakini Ülkər Məmmədovanın dayısı Allahverdi Qurbanov, Ü.Məmmədovanın həyat yoldaşının dayısı Həsənağa Məmmədov tərəfindən maşınla vurulub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə dünən kənddəki «Varlı» ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Salyan rayonun Xıdırlı kənd sakini Tahir Qurbanov idarə etdiyi «Chevrolet» markalı minik maşınını əvvəlcədən aralarında baş vermiş münaqişənin davamı olaraq 43 yaşlı kənd sakini Qurbanov Allahverdi Nizami oğlunun üstünə sürüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Allahverdi Qurbanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ailə münaqişəsi zəmnində yaxın qohumlar arasında baş verənlər barədə Salyan Rayon Polis Şöbəsində təhqiqata başlanılıb.

Qeyd edək ki, iyunun 26-da Salyan rayonunun 2-ci Varlı kəndində 20 yaşlı iki azyaşlı uşaq anası Məmmədova Ülkər Vahid qızı ailə münaqişəsi zəmnində ziyanvericilərə qarşı üzümlüklərə vurulan fosfor üzvü birləşməsi içərək intihara cəhd etmişdi.

Ü.Məmmədova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.