vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
15:59 | 2 iyul 2017 | Bazar Məqaləyə 552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni Fransada terrora cəhd etdi

Avtomobillə Paris məscidinə hücum edən şəxs qisas almaq istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada cümə axşamı günü bir erməni əsilli kişi maşınını paytaxt Parisdə yerləşən məscidin qarşısında bir izdihamın üzərinə sürməyə cəhd edib, polisin məlumatında deyilir.

Yerli vaxtla saat 18:30-da Parisin Creteil rayonunda baş vermiş hadisədə xəsarət alan olmayıb.

Deyilənlərə görə, maşının qarşısını məscidin ətrafına qoyulmuş baryerlər alıb.

Şübhəli şəxsin hücumda məqsədi hələ ki, məlum deyil, lakin Le Parisien qəzeti yazır ki, o, erməni əsillidir və islamçı qruplarla əlaqəli hücumlara qarşı qisas almaq istədiyini deyib.

Son zamanlar özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmaya üzv olduqlarını iddia edən şəxslər Avropada bir çox avtomobilli hücumlar təşkil ediblər.

Polisin bəyanatında deyilir ki, kişi maşını Parisin cənub-qərbində yerləşən məscidi qorumaq üçün yerləşdirilən baryerlərə dəfələrlə çarpıb.

Hücum cəhdindən sonra o, hadisə yerini sürətlə tərk edib, lakin daha sonra qəzaya uğrayıb və sürücü qaçmağa cəhd edib. Bundan qısa müddət sonra o, saxlanılıb.

Le Parisien qəzeti onun narkotik qəbul etdiyini və ya içkili olduğunu işarə edən əlamətlər olmayıb.

Məlumatlara görə şübhəli İŞİD-lə əlaqəli Bataclan teatrı və Champs-Élysées küçəsində baş verən hücumlara görə qisas almaq istədiyini deyib.

Fransa hələ də 2015-ci ilin noyabrında 130 nəfərin ölümü ilə nəticələnən Bataclan teatrı hücumundan sonra bəyan edilən fövqəladə vəziyyətdə qalmaqdadır.

Aprel ayında bir silahlı Champs-Élysées küçəsində polis zabiti Xavier Jugelé-ni qətlə yetirdikdən sonra öldürülüb. Onun cəsədinin yanında İŞİD-i müdafiə edən məktub tapılıb.


Avropada baş vermiş avtomobil hücumları


14 iyul 2016, Nice, Fransa: Bir kişi yük maşınını Bastiliya gününü qeyd etməyə yığışam izdihamın içindən 2 kilometr sürüb. Nəticədə 86 nəfər həlak olub və 300-dən çox insan xəsarət alıb.


19 dekabr 2016, Berlin, Almaniya: Bir kişi yük maşınını Breitscheidplatz meydanının izdihamlı Milad bazarına sürərək 12 nəfəri öldürüb və 49 nəfəri yaralayıb. İD hücumu «əsgərlərinin» törətdiyini iddia edib.


22 mart, London, Britaniya: Westminster körpüsünün səkisinə qalxan bir maşın ən azı 50 nəfərə xəsarət yetirib. Hücumdan sonra parlament həyətinə daxil olan sürücü öldürülmədən əvvəl bir polis zabitini bıçaqlayaraq qətlə yetirib.


7 aprel, Stokholm, İsveç: Özbək sürücü yük maşınını bir mağazanını içərisinə sürərək 4 nəfəri öldürüb. Həbs ediləndən sonra o, «terror hücumu» törətdiyini etiraf edib.


3 iyun, 2017, London, Britaniya: 3 hücumçu sürdükləri avtofurqonu London Bridge körpüsünün səkisinə qaldıraraq piyadanı vurub. Daha sonra onlar bıçaqlarla Borough Market ərazisində insanlara hücum ediblər. Hücumda 8 nəfər həlak olub və hücumçular güllələnərək öldürülüblər.


19 iyun, 2017, London, Britaniya: Bir kişi sürdüyü avtofurqonu Londonun şimalında yerləşən məscidə yaxınlıqda yığılan bir qrup müsəlmanın üzərinə sürüb. Bir nəfərin ölümülə nəticələnən hücumdan sonra həbs edilən şübhəliyə qarşı terrorçuluq ittihamları sürülüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *