vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
01:17 | 25 may 2013 | Şənbə Məqaləyə 2060 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maliyyə nazirindən müjdə

Samir Şərifov: “Azərbaycanda əməkhaqqının artımı bu il də təmin ediləcək”

Trend

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət başçısının ənənəvi sosial siyasəti çərçivəsində 2013-cü ildə də pensiya və əməkhaqqının artımı təmin ediləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı maliyyə naziri Samir Şərofov Milli Məclisin İqtisadi siyasət komitəsinin 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə həsr edilmiş iclasında deyib. Nazir bildirib: "Bildiyiniz kimi, pensiya və əməkhaqqının artırılması barədə qərar ilin müəyyən vaxtlarında qəbul edilir ki, bu da dövlət büdcəsinin icrasının müəyyən məqamları ilə bağlıdır. Buna baxmayaraq, 2012-ci il Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində bazarda pul kütləsinin artımı fonunda demək olar ki, inflyasiyasız yekunlaşdırılıb, pensiya və əməkhaqqının artımı bu il də həyata keçiriləcək".

Onun sözlərinə görə, dövlət büdcəsi şəffafdır və parlamentə açıq formada təqdim edilib:" Gizlədiləsi heç nəyimiz yoxdur, bütün bölmələr açıqdır, əgər sizə hər hansı məlumat təqdim etməsək belə, Hesablama Palatası mütləq təqdim edəcək".
Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, xüsusilə hərbi xərclər mövcuddur və onun həcmi açıqlanmır.
Şərifov bildirib: "Nəzərə alsaq ki, digər xərclərin həcmi 1,6 milyard manat təşkil edib, o zaman həmin vəsaitdən 1,1 milyard manat məhz bu xərclərə, 350 milyon manat zəlzələnin fəsadlarının aradan qaldırılmasının maliyyələşdirilməsinə, qalan hissə isə beynəlxalq fəaliyyətə ayrılıb. Buna görə də büdcənin bu bölümünün bağlı olmasından danışmaq olmaz".
Onun sözlərinə görə, regionlara dotasiyaların dayandırılması məsələsi aktualdır.
Şərifov deyib: "Yəqin ki, belə addımı eyni anda bütün regionlara tətbiq edə bilməyəcəyik, lakin inkişafı təmin etmək məqsədilə onlar üçün müvafiq bazanı yaratmaq lazımdır. Xüsusilə, yeni iş yerlərinin yaradılması üçün şəraiti təmin etmək lazımdır ki, bu da vergi yığımlarının və ümumilikdə regionun gəlirlərinin artmasına gətirib çıxaracaq. Fikrimcə, bu məsələni həll edəcəyik".