vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
12:44 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 2973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lazımsız layihələrdən imtina

Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır

Qabil ABBASOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Büdcə sistemi haqqında” Qanun dəyişdirilib. Dəyişikliyə görə, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq ediləcək.

Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhvə verəcəkdir. Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.

Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır. Bu barədə Maliyyə Nazirliyinin rəsmi izahatında bildirilir.

Beləliklə, hökumət nəhayət ki, büdcəni oliqarxların nəzarətindən çıxartmaq və neft dollarlarından səmərəli faydalanmaq kursunu götürüb. 2008-ci ilin birinci yarısında neftin qiyməti tarixi rekorda – 147 dollara qalxanda nəqliyyat naziri Ziya Məmmədov bəyanat verdi ki, Bakıda çoxlu körpü-keçid tikintisi planlaşdırılıb, ancaq hələlik tikiləcək yerlər bəlli deyil. Bu bəyanatda cəmi bir neçə ay sonra neftin qiyməti kəskin ucuzlaşaraq 33 dollara qədər endi və Ziya Məmmədovdan ikinci bəyanat gəldi: Belə getsə, LAZIMSIZ LAYİHƏLƏRDƏN İMTİNA edəcəyik. Təbii ki, söhbət neft pullarının amansızcasına israf olunmasından gedirdi. Nəticə göz önündədir – Bakının nəqliyyat infrastrukturuna milyardlar xərclənməsinə baxmayaraq bu gün də paytaxtın yollarında problemlər qalmaqdadır.

Yeni qaydalar bu israfçılığın aradan qalxmasına və oliqarxların büdcəyə təzyiqlərini azaltmağa imkan verəcək. Daha doğrusu, israfçılığın aradan qalxması üçün hüquqi baza artıq yaradılıb. Qaydaların necə icra ediləcəyini çox yaxın gələcəkdə müşahidə edəcəyik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)