vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
22:21 | 11 iyun 2017 | Bazar Məqaləyə 45802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın keçəl Həmzəsi

Yaxud Lavrov Quran oxuya bilirmi?

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Yola saldığımız həftə qatarda yol ölçən təkcə Qətər olmadı. Bir çoxları rolunun öhdəsindən gəlsə də, digərləri qatarı vaxtsız tərk etmək durumu ilə üzləşdi.


Qətərə «baş vuranlar»


Nə kəramətdirsə, ilin-günün bu vaxtı «qarışqalar» gözə dəymir. Meydanda ancaq «fillər» at oynadır. Yəni bir-birinə rəqib olan fillərin və atların mübarizəsi şahmat taxtasından birbaşa dünya arenasına təhvil verilib. İndi kişnəyən dövlətin səsini kəsməyə nə var ki! Elə ki səsini çıxardı, nəhəng fillərin xortumunda çapalaya-çapalaya çıxış yolu axtarır.

Yola saldığımız həftə dünyanın gözü Qətərə dikildi. O Qətərə ki, heç vaxt pulunu balta kəsə bilməyib.

Körfəz ölkəsi olan Qətər sərvət ölkəsi kimi tanınır. Sərvətlərindən əldə olunan vəsaitlərlə təkcə ölkəsinin üstünü bəzəmir, həm də içini zənginləşdirir. Elmin, incəsənətin yolunda vəsait xərclənməsinə xəsislik etmir. Digər tərəfdən hərrac keçirilən istənilən dünya ölkəsində bir qətərli mütləq gözə dəyməlidir. Harda ki, İslam incəsənətini, tarixini əks etdirən əşyalar var, qətərlilər bunları öz ölkələrinə alıb aparır.

Bir sözlə, Qətərə hansı bucağından baxsan möhtəşəmlik, cah-cəlallıq, tükənməz sərvət dünyanın nökərindən tutmuş zadəganına qədər hamını ayağına çağırırdı. Gəl də bu körfəz ölkəsinə baş vurma...

İndi də dünya ölkələri Qətərə «baş vurur». Bu dəfə vurulan başı əzmək missiyası hədəf olaraq seçilib. Yəni dünya ölkələrinin başı Qətər ətrafında elə-belə toqquşmur.

May ayında Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad sammitinə Qətər də qatılmışdı. Bilsəydi ki, səfərin yekunu olaraq şər diplomatiyasının qurduğu tələyə düşəcək, yəqin ki, vaxtında başına çarə qılardı. Yoxsa ki, Səudiyyə Ərəbistanının göbəyində oturub İranla əlaqələrin qurulmasına dair çağırış etmək nəyə gərək idi?! Bilə-bilə ki, Səudiyyə Ərəbistanı İran dövlətinin siyasətini pisləyir, sən də bunu xəbər saytında yerləşdirib dünyaya bəyan edirsən.

İnsanlar kimi dövlətlərin də xarakteri gizli cərəyan edir. Qətərin xarici işlər nazirliyi  informasiyanın əmirin adından hakerlər tərəfindən sayta yerləşdirildiyini and-aman etsə də, inanan bir Allah dövləti tapılmayıb. Heç terrorizmin təbliğini pisləyən  dövlətlər Qətərin and-amanına bel bağlayarlarmı?!

Ərazi və dil yaxınlığı ilə seçilən ərəb dövlətləri sözü bir yerə qoyub Qətəri boykot ediblər. Bu, İslam ölkələrinin «həmrəyliyidir». Həm də dünya ölkələrinə  bir «nümunədir». Deyəsən, Səudiyyə Ərəbistanında gerçəkləşən Sammitin şüarı da təsadüfi seçilməyib. «Birlikdə güclüyük» mesajı verməklə qardaş qırğınına şərait yaratdığı ortadadır.

Bu tərəfdən də Birləşmiş Ərəb Əmirliyi Barselona klubunun formasını geyinənləri həbs edəcəyini bildirib. Nə var nə var Qətər hava yolları («Qatar Airways») Barselona klubuna sponsorluq edir. Əmirlik ölkəsində bu forma ilə gəzənləri görsə 15 illiyinə həbs edəcək.

Qətərin İranla dostluq sevdasına düşməsi ərəb dövlətlərini cin atına mindirməsə yaxşıdır. Belə görünür ki, Qətərlə diplomatik əlaqələri kəsən dövlətlər üçün qardaşlıq əlaqələrini kəsmək heç də uzaqda deyil. Allah gecindən versin!

 

Lavrovun avazı yaxşı gəlir, amma...

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ara-sıra nümunəvi addımlar atdığını zənn edir. Elə ki, masaya Qarabağ məsələsi qoyuldu, Rusiyanın iştahası bir az da artır və bir neçə günlük boş vədlərlə gündəmi zəbt edir.

Rusiyalı nazir tələbələr qarşısında çıxışı zamanı Qarabağdan danışıb. Münaqişənin yalnız danışıqlar yolu ilə mümkün ola biləcəyini söyləyib. ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Rusiya Qarabağ məsələsində çox «ədalətli» qərarlar verir. Ona görə də 20 ildən artıqdır ki, münaqişəyə yekun vura bilmirlər. Sergey Lavrov isə hələ də işlərin davam etdirilməli olduğunu tələbələrə məruzə edir. Həmsədr ölkə olan Rusiyanın etmədiyini Lavrovmu edəcək?! Nə isə... Lavrovun avazı yaxşı gəlir, bircə oxuduğu Quran olsa...

 

Nalbəndyanın «böhtan maşını»

 

Yola saldığımız həftə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan İtaliyaya səfər edib. İtalyan həmkarı ilə keçirdiyi mətbuat konfransı Nalbəndyanı pis duruma salıb. Daha doğrusu, rusiyalı jurnalistin sualı qarşısında çaş-baş qalıb. «İşğal etdiyiniz Qarabağ torpaqlarından nə vaxt çıxacaqsınız» sualı qaydaları dəyişib. Erməni nazir hiddətləndiyindən cavabı da kəskin olub. «Sualı yazan şəxs üçün çox təəssüflənirəm. Yəqin bu sual ya redaksiyada, ya da Bakıda yazılıb».

Həə, erməni nazir bilir ki, xalq və dövlət olaraq özgə qapısından hər zaman pay umublar. Quyruqları qapı arasında qalanda «Putin qardaş, kömək elə, evimiz yıxılır» deyib aləmə səs salırlar. Regionun Qarabağ münaqişəsi illərdir ki, erməni taktikasına adət edib. Cənubi Qafqazda 2 ballıq zəlzələ olanda ermənilərin ayağı «havada oynayır».

«Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» Bu üzdən də Nalbəndyanın  rusiyalı jurnalistə sualın Bakıda yazılması ilə bağlı iradı başadüşüləndir. Hiddət doğuran sualda özünü görmək ən böyük bədbəxtlikdir. Bir halda ki, buna bir dövlət adət edibsə, deməyə başqa söz qalmır. Güman ki, Nalbəndyan hələ bir neçə ay yuxularında Rusiya kimi dayaqlarını itirdiyini görəcək. Qəfil yuxudan oyanacaq. Düzü, narahatlığa əsas da yoxdur. Ermənilər tarixən Rusiyanın keçəl Həmzəsi olub. Hər halda, Rusiya vasitə olaraq «keçəl Həmzəsi»ni itirmək istəmir.

Ermənilər isə tarixdən üzü bəri plan toxumaqla məşğuldur. Haqlı durumla üz-üzə qalanda böhtan maşınını işə salırlar. Sonra da üyüt, üyüdə bildikcə...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)