Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
19:11 | 21 mart 2025 | Cümə
Məqaləyə 561 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Bu gün Putinin sevimli xarici işlər naziri Sergey Lavrovun 75 yaşı tamam olur.
Və Kremldəki qoca bu münasibətlə Lavrovu “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif edib. Bəs, hansı xidmətlərinə görə?
Rəsmi məlumatda bildirilir ki, Lavrov bu mükafatı “Vətən qarşısında görkəmli xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasətinin inkişafı və həyata keçirilməsinə böyük töhfəsinə və uzun illər səmərəli dövlət fəaliyyətinə görə” alıb.
Amma əsl həqiqətdə isə rəsmi məlumatda qeyd olunan “xidmət”lər və “töhfə”lər şişirtmədən, mübaliğədən başqa bir şey deyil.
Normal məntiqlə yanaşsaq, əslində, Lavrova “Uğursuz nazir” anti-mükafatı verilməliydi.
Çünki bu adamın XİN başçısı olduğu dövr ərzində Rusiyanın Liviya, Suriya, Ermənistanla bağlı xarici siyasəti tam olaraq iflasa uğrayıb. Qazaxıstanla Rusiya arasında dəfələrlə gərginlik yaşanıb. Azərbaycan-Rusiya münasibətləri də pisləşib. Ukraynada isə, ümumiyyətlə, Rusiya son 300 illik tarixinin ən böyük zərbəsini alıb. Lavrovun iştirak etdiyi beynəlxalq toplantılarda digər ölkələrin XİN başçıları onunla görüşməkdən boyun qaçırıblar. Onun çıxış etdiyi tədbirlərdə bir çoxları zalı tərk ediblər.
Əvvəllər Rusiyanın (və keçmiş SSRİ-nin) heç bir xarici işlər naziri bu cür biabırçı situasiyalarla üzləşməyib.
Lakin Putler isə bütün bunları Lavrovun “Vətən qarşısında görkəmli xidmətləri və töhfələri” kimi qiymətləndirərək, onu Rusiyanın ən yüksək ordenlərindən biri ilə təltif edib.
P.S. Bəli, Fyodor Tütçev haqlı idi, Rusiyanı həqiqətən də ağılla dərk etmək mümkün deyil.