
Kreml məhvə gedir
Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi
Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
... Yaxud Kremlin bitməyən tezisləri
Putin Leinini niyə sevmir?
Rusla mübarizə aparmaq istəyirsənsə, ...
“Baş Prokurorluq bu cinayət işinin araşdırılmasını öz borcu hesab edir”
Agentləri tanımaq üçün hərbi forma yox, mətbuatdan uzaq keçmiş kifayət edirdi
Necə deyərlər, yaxşı olsan, yaxşı olacağıq, pis olsan pis
Azərbaycan və Rusiya münasibətləri sistem böhranı səviyyəsinə keçir
Kreml dişlərini qıcayaraq Qafqazdan getmək istəmir
Qeyri-adekvat formada, həm də qarşılıqsız ...
Kseniya Sobçak Yekaterinburq faciəsinə münasibət bildirdi
Azərbaycan diplomatının çevikliyi Rusiyanın şişirdilmiş Lavrov köpüyünü partladıb
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Cinayətə, təxribatçıya və onların himayədarlarına burda yer yoxdur
Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər
Sergey Lavrovun “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə atdığı imzanın mürəkkəbi qurumamış Rusiyanın birinci televiziya kanalının aparıcısı, erməni “bülbül”ü Vladimir Solovyov “liveinternet” resursundakı “Solovyov Live” və eyniadlı teleqram kanalında özünü “Arsaxın xarici işlər naziri” kimi təqdim edən separatçı, terrorçu David Babayanla müsahibə yayımladı və bununla da vətəndaşı olduğu ölkənin qanunlarına, dövlətlərarası öhdəliklərinə və maraqlarına 1 erməni dramı qədər də dəyər vermədiyini ortalığa qoydu.
Başqa bir erməni “quşu” Modest Kalerovun rəhbərlik etdiyi “Regnum” Agentliyi də separatçı qırığı Babayanın sərsəmləmələrini Vladimir Solovyovun sözügedən resurslarına istinad edərək yayımlamaqla, ilk növbədə Azərbaycanla müttəfiqlik bəyannaməsinə və yuxarıda haqqında söz açdığım sazişə imza atanların siyasi iradəsinə, mənsub olduqları dövlətin hüquqi öhdəliklərinə ən yaxşı halda, məhəl qoymadığını nümayiş etdirdi... Və hər iki fakt belə bir nəticəyə gəlməyə əsas verdi ki, ermənilərin iradəsi, sözü Rusiyada dövlət rəsmilərinin imzalarından daha çox keçərli və kəsərlidir. Son 6 ay ərzində nəinki Rusiyada yayımlanan media resurslarını, hətta vətəndaşların sosial şəbəkə hesablarını nəzarətdə saxlayan “Roskomnadzor”dan və digər federal dövlət qurumlarından isə hələlik səs çıxmayıb. Vladimir Solovyovun və Modest Kolerovun Rusiya-Azərbaycan münasibətlərinin, müttəfiqlik bəyannaməsinin və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin pozulmasına, separatizmin təbliğinə xidmət edən, hüquqi məsuliyyət doğuran əməllərinə münasibətdə dilucu reaksiya belə yoxdur. Ola bilsin ki, bu ermənilərin və onların satın aldığı şərəfsiz media çaqqallarının Rusiyada xüsusi statusa malik olduqlarının göstəricisidir. Əgər belədirsə, bunu açıq şəkildə desinlər, biz də işimizi bilək.
Əslində Solovyov və Kolerovun, müəyyən zaman kəsiyində sükuta qərq olmalarına baxmayaraq, nə üçün məhz Azərbaycanla beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasından sonra belə təxribata əl atmalarının səbəbi bəllidir. Bu, şübhəsiz ki, ilk növbədə Azərbaycanın ictimai rəyinə yönəlmiş və sərt əks reaksiyaya hesablanmış bir davranışdır, digər tərəfdən isə vətəndaşı olduqları dövlətə meydan oxumaqdır. Məşhur el məsəlində deyildiyi kimi, “siz nə çalırsınız, çalın, biz onsuz da Heyvagülü oynayacağıq”. Qeyd edim ki, ermənilər bizim digər rəqs havalarımız kimi, “Heyvagülünü də mənimsəyiblər. Yanılmıramsa, Ermənistanın məğlub ali baş komandanı Nikol Paşinyan 2019-cu ildə Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın qızı Anait və biznesmen Xaçatur Çarukyanın oğlu Albertin toyunda Azərbaycanın xalq rəqsi “Heyvagülü”nün sədaları altında qol götürüb qəşəncə oynamışdı... Təxminən bir il sonra Azərbaycan Ordusu Paşinyan, Babayan, Sarkisyan, Köçaryan da daxil olmaqla bütün Ermənistana “Heyvagülü” oynatdı və hələ də “oyna(t)mağa” davam edirlər. Görünür Solovyovun, Kolerovun və Rusiyanın ictimai-siyasi mühitini zəhərləyən bütün təbliğatçı-təxribatçı erməni çaqqallarının da şıdırğı “rəqsə” ehtiyacları var... Ya “Çastuşka” “oynayacaqlar, ya da “Heyvagülü”... Hər halda Azərbaycanla imzalanmış bəyannamə və sazişin müddəaları rəsmi Moskvadan Solovyovun təxribatına və “Regnum”un züyçülüyünə sərt reaksiya verilməsini tələb edir. Gözləyərik! Amma bu gözləntinin ömrü uzun olmayacaq. Solovyovların məqsədi Azərbaycan-Rusiya münasibətlərinə mümkün qədər daha çox ziyan vurmaqdan, incəliklərinə toxunmayacağam, amma ictimai rəydə kifayət qədər kövrək olan etimadı tamamilə zədələməkdən ibarətdir. Sükut və laqeyidlik isə etimadın ən böyük düşmənidir.
P.S. Son sətirdən sonra qarşıma Vladimir Solovyovun “üzrxahlığı” çıxdı. Daha doğrusu, günahından daha böyük “üzrxahlığı”. “Adam” deyə adlandırmaq məcburiyyətində qaldığım bu canlı “üzrxahlığında” bildirib ki, “balansı pozub və “Qarabağ tərəfi”ni efirə çağırdığı halda Azərbaycan tərəfinin mövqeyini öyrənməyib. Göründüyü kimi, bu erməni çaqqalı separatçıları tərəf elan etməklə, Babayanla müsahibədən daha betər bir təxribata əl atıb. Olsun, biz də solovyovlarla danışmağın yolunu və üsulunu çox yaxşı bilirik. Amma bundan uduzan erməni çaqqallarının ipini yığmayanlar olacaq...