Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:42 | 23 fevral 2025 | Bazar
Məqaləyə 647 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə sabah başlayacaq səfəri böyük ehtimalla iki mövzuyla bağlıdır. Lavrov Ankarada Ukrayna və Suriyanı müzakirə etmək istəyir.
Kremlin Suriyanın yeni hakimiyyəti ilə artıq təması var, Rusiya xarici işlər nazirinin müavini Dəməşqdə olduqdan sonra Vladimir Putin bu ölkənin keçid dövrünün prezidenti Əhməd əl-Şara ilə telefonla danışıb. Yəni Kremlin Suriyanın yeni hakimiyyəti ilə dialoqda Ankaranın vasitəçiliyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, Kreml Rusiyanın Suriyadakı hərbi bazalarının varlığını davam etdirməsinə Ankaranın münasibətini öyrənmək istəyir. Kremli Türkiyənin Suriyanın şimalındakı PKK və ona bağlı qruplara qarşı gələcək planları da maraqlandırır. Çünki, Kremlin PKK-ya bağlı terrorçu qruplarla əlaqəsi var və onların məhv olmasını istəmir.
Ankarada müzakirə olunacaq digər mövzu Ukraynadır. Bu ölkənin Prezidenti Vladimir Zelenkinin Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü Kremlin diqqətindən yayınmayıb. Rusiya hakimiyyəti Ankaranın Ukrayna məsələsində mövqeyində dəyişiklik olub-olmadığını özü üçün müəyyənləşdirmək istəyir. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynaya baxışından məmnundur. Görünür, Kreml Trampın Ukrayna ilə bağlı söylədiklərinə Ankaranın mövqeyini də bilmək istəyir. Ərdoğan Qəzza mövzusuyla bağlı Trampın söylədiklərinin qəti əleyhinə olsa da, Ağ Ev sahibinin Ukrayna ilə bağlı söylədiklərinə reaksiya verməyib. Görünür, Ərdoğan hər məsələdə Trampla qarşıdurmaya getmək istəmir. Türkiyə Cumhurbaşqanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması fikrindədir. Bundan baqşa Ərdoğan Kremllə Kiyevə yenidən vasitəçilik təklif edib, o müzakirələrin İstanbula keçirilməsini irəli sürüb. Lavrov bu təşəbbüsü da Ankarada müzakirə edəcək.