Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:59 | 25 aprel 2025 | Cümə
Məqaləyə 902 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Özbəkistana səfəri çərçivəsində Səmərqənddə yerləşən “Kədərli Ana” memorialına ziyarət zamanı, İkinci Dünya savaşında həlak olmuş əsgərlərin xatirəsinə yazılmış sözlərin yalnız özbək və ingilis dillərində olduğunu görən Rusiya XİN-in başçısı Serqey Lavrov, “Burada ingiliscə yazı var, amma rus dilində heç nə görmədim. Bəs, rusca niyə heç nə yazılmayıb?”, deyə soruşaraq açıq narazılığını bildirib.
Özbək ziyalıları və siyasətçilərinin Lavrova ünvanladıqları güllə kimi cavablar isə özünü çox gözlətməyib.
Özbəkistan parlamentinin (Milli Məclis) deputatı Adilcon Tojiyev Lavrova belə dərs verib:
“Özbək xalqı hər hansı bir dili məcburiyyət yox, imkan olaraq seçir. Xarici bir dilin süni şəkildə təşviqi sevgi yox, düşmənçilik doğurar. Bundan əlavə, hörmət tələb olunmur - bu, verilir. Əgər Moskvanın Qırmızı Meydanında özbək dilində bir yazı olsaydı, o zaman burda da rus dilində hansısa yazı haqqında düşünə bilərdik”.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzodxon Kudratxoca isə bildirib ki, hər bir ölkə öz ərazisindəki tarixi abidələrin və ya heykəllərin ətrafında hansı dildən istifadə edəcəyinə özü qərar verir:
“Başqa ölkənin xarici işlər nazirinin bizi xaricdən tənqid etməsi düzgün deyil. Çünki biz onların koloniyası deyilik! Görünür, bizim nazirlər də Rusiyaya səfər edərkən Lavrov kimi müəyyən məsələlərlə bağlı cəsarətli suallar verməyi öyrənməlidirlər. Xüsusilə Rusiyadakı miqrantlarımız niyə ayrı-seçkiliyə məruz qalırlar? Yerli hakimiyyət orqanları, miqrasiya xidmətləri və ya polis onlara qarşı elementar insan hüquqlarını pozan şərtlərdən istifadə etdikdə Rusiya ictimaiyyəti və dövlət rəsmiləri niyə susur?”.
“Milli Dirçəliş” Partiyasının lideri Əlişir Kadırov qeyd edib ki, Rusiya siyasətçiləri bu cür hərəkətləri ilə Özbəkistanda rus mədəniyyətinə və rus dilinə münasibəti yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirirlər.
“Nazir Lavrovun bilməməsi qeyri-mümkündür ki, tələb olunan hörmət və yalandan yaradılmış ehtiyac yalnız əks effekt verəcək”, - Əlişir Kadırov deyib.
Vəkil Xuşnudbek Xudoyberdiyevin də Lavrova cavabı ibrətlidir.
“Sizə bir hesab vermək üçün bir az da gözləyin. Ən yaxşısı, siz gedib öz Rusiyanızda rus yazısını axtara bilərsiniz” deyən vəkil X.Xudoyberdiyev bildirib ki, Rusiya rəsmisinin sözlərini diplomatik cəfəngiyat kimi qəbul edir.
“Heç olmasa, təklif olaraq “Rus dilində də mətn olsa, şad olardıq” demək yaxşı olardı. Sanki “yuxarıdan” müfəttiş gəlib soruşub ki, rusca hanı? Ümid edirəm ki, xalqımız rusca mətn əlavə etməyə o qədər də həvəsli olmayacaq. Özbək və ingilis mətni çox düzgün qərar idi. Düşünürəm ki, bunu dəyişməyə ehtiyac yoxdur”, – Xuşnudbek Xudoyberdiyev deyib.
Bax belə.
Postsovet ölkələrindən bu cür tutarlı reaksiyalar, notalar çoxaldıqca lavrovlar, narışkinlər, milonovlar, zatulinlər və digər neoimper düşüncəli Rusiya rəsmiləri, parlamentariləri də “russkiy mir” azarından və rus dilinin hegemonluğunu ixrac etmək, sırımaq siyasətindən yəqin ki, yavaş-yavaş əl çəkər, qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşmağı öyrənərlər.
P.S. Rusiyanın baş diplomatı ölkəsinin dünyada normal imicinin yaranması haqda düşünmək əvəzinə, rus dilinin yayıcı missioneri kimi çıxış etməklə peşəkar diplomat yox, sıravi propaqandist olduğunu sübut edir.
P.P.S. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılmış qələbə isə təkcə rusların qələbəsi deyil. Bu qələbə üçün bütün postsovet xalqları can qoyub, qurbanlar verib. Ona görə də 9 May qələbə heykəllərinin üzərində qalib Rusiyanın dili kimi mütləq rus dilində də yazıların yazılmasını tələb etmək lazım deyil.