Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:27 | 21 fevral 2025 | Cümə
Məqaləyə 397 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldıqlarını qeyd edərək, “Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu”, – deyib.
Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov, Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verildiyini bildirib: “Bunlar bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi”.
***
Lavrov NATO-nun baş katibi Mark Ruttenin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən məsləhətləşmələrə münasibəti ilə bağlı, “Rutte bütün alyans üzvlərinin konsensusunu əks etdirməli olan dövlət qulluqçusu kimi deyil, qüdrətli dövlətin başçısı kimi çıxış edir. O, NATO ölkələrinə səfər edir və sülh danışıqlarının qarşısının alınmasını tələb edir. Bizdə olan məlumata görə, Rutte Zelenskiyə deyir ki, o, zəiflik nümayiş etdirməməli, möhkəm dayanmalıdır”.
“Lakin bəzi NATO üzvləri Ruttenin yanaşmasını bölüşmür və Ukraynanı silahlandırmaq üçün pul xərcləməyə davam etmək niyyətində deyil. Rutte öz səlahiyyətlərindən sui-istifadə edir”, – deyən Sergey Lavrov qeyd edib.
Lavrov Rusiyanın dost ölkələrdən olan həmkarlarının Rusiya-ABŞ məsləhətləşmələrini alqışladıqlarını bildirib: “Bu, Rusiya ilə Qərb arasında fikir ayrılıqlarının sona çatması demək deyil. Məsləhətləşmələrin başlanması özlüyündə normal proseslərə qayıtmaqdır. Hər kəs bunu qəbul edir və alqışlayır”.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ABŞ-ın Rusiyaya qarşı Ukrayna ilə bağlı qətnamə layihəsinin hazırlanması prosesinə qatılmaması ilə bağlı sualı cavablandıran Lavrov, “Bu, Donald Tramp administrasiyasının siyasətlərinin mahiyyətini təşkil edən praqmatizmi ortaya qoyur”, – deyib.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşündə hansı mövzuları müzakirə etmək olar? sualına Lavrov, “Biz məsələlər üzərində işləyirik. Məxfilik istənilən diplomatik hazırlıq prosesinin tərkib hissəsidir”, – cavabını verib.
Lavrov Qərbin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini, Ukrayna probleminin həlli ilə bağlı ABŞ-la məsləhətləşmələr zamanı bu sanksiyaların ləğvi məsələsini gündəmə gətirmədiklərini qeyd edib.
Qərb şirkətlərinin Rusiyaya qayıtma ehtimalı ilə bağlı nazir Lavrov, “Bu şirkətlərə ancaq Rusiya iqtisadiyyatı üçün risk yaratmayacaq sektorlara girməyə icazə verilə bilər”, – deyib.