
“Uğursuz nazir”
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Qovluğunda Suriya və Ukraynanı aparan Lavrov, qoltuğunda nə gətirəcək?
Hakan Fidan Rusiya XİN rəhbərinə Türkiyənin prioritetlərini çatdıracaq
Lavrov: “Rute səlahiyyətlərini aşır, qüdrətli dövlətin başçısı kimi çıxış edir”
Rusiyaya öz üslubunda “tələ” qurublar
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Ermənilərin sözü Rusiyada dövlət rəsmilərinin imzalarından daha çox kəsərliymiş
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
Nüvə sazişi və enerji məsələləri müzakirə olunacaq
Rusiyanın Azərbaycandan asılı olduğu bir dövrün şahidiyik
Əsas müzakirə Lavrovun Bakı səfərində olacaq
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
... Yaxud yada düşən Brejnev
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün artıq çox işlər görülüb”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Astanada MDB XİN başçıları Şurasının iclası çərçivəsində görüşündə deyib.
Lavrovun sözlərinə görə, normallaşma üçün, o cümlədən nəqliyyat əlaqələrinin açılması məsələlərində artıq çox işlər görülüb. Sərhədlərin delimitasiyası ilə bağlı “qeydlər” var.
“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif şayiələr və fərziyyələrlə doludur. Əlbəttə ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı mümkün qədər tez yerinə yetirmək üçün bu gün başqa nə etmək olar, onları nəzərdən keçirmək vacib olardı”, – Lavrov deyib.
O qeyd edib ki, Rusiya Federasiyasının yaxın qonşuları və dostları arasında münasibətlərin tam şəkildə normallaşması ölkənin maraqlarına tam cavab verir: “Biz bu prosesə öz töhfəmizi verməyə hazırıq”. (Trend.az)