vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
RƏY, REPLİKA  
15:18 | 30 noyabr 2019 | Şənbə Məqaləyə 946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MM buraxıla bilərmi?

Konstitusiyada yer alan üç güclü arqument

Erkin QƏDİRLİ

Milli Məclisin özünü buraxa bilmədiyini söyləyənlər var. Onların arqumenti budur - Konstitusiyada Milli Məclisin belə bir səlahiyyəti yoxdur (yazılmayıb). Əlbəttə, qanunda nəyinsə yazılması arzulanır. Bununla belə, nəyinsə yazılmadığı həmin nəyinsə mümkün olmadığı anlamına gəlmir (gəlməməlidir). Qanun mətninin şərhi qaydaları və yolları (metodları) var. Hüquqşünaslar bilirlər (bilməlidirlər). Həmin qaydalar və yollar dəyişməyən mətni dəyişən şərt və şəraitlərə uyğunlaşdırmaq üçündür. Elə ola bilir ki, mətnə yazıldığından daha geniş məna vermək lazım gəlir. Elə də ola bilir ki, mətnə yazıldığından daha dar məna vermək lazım gəlir. Hər iki halın öz məhdudiyyətləri olur. Burada uzatmaq istəmirəm. Qayıdaq Milli Məclisin özünü buraxmasına.

Hüquqda çeşidli məntiqi metodlardan istifadə olunur. Bu mövzuya aid oluna biləcək ən uyğun metod “argumentum a fortiori”dir. Latıncadan bu metodun dilimizdə açması budur - düşüncənin güclü arqumentdən zəif arqumentə doğru getməsi. Bu metodun iki növü vardır: 1) argumentum a maiore ad minus (böyük arqumentdən kiçik arqumentə doğru); 2) argumentum a minore ad maius (kiçik arqumentdən böyük arqumentə doğru). Bu növlərin seçimi güclü arqumentin həcmindən asılı olacaq. Güclü arqument böyükdürsə, onda “argumentum a maiore ad minus” seçilir, güclü arqument kiçikdirsə, onda “argumentum a minore ad maius”a əl atılır.

Bizi maraqlandıran mövzuda "Milli Məclisin özünü buraxması" kiçik və zəif arqumentdir. Niyə kiçikdir? Çünki Milli Məclis xalq tərəfindən seçilir, onun funksiyası xalqı təmsil etməkdir, özünü buraxmaqla Milli Məclis bu funksiyaya qarşı çıxmış olur. Niyə zəifdir? Çünki Konstitusiyada yazılmayıb. Odur ki, burada “argumentum a minore ad maius” yersizdir. Biz böyük və güclü arqumentdən başlamalı, bununla da “argumentum a maiore ad minus” metodundan istifadə etməli olacağıq.

Bu kontekstdə üç güclü arqument var:

 

1. Milli Məclis Prezidenti vəzifədən kənarlaşdıra bilir (impiçment);

2. Prezident Milli Məclisi buraxa bilir;

3. Prezident özü istefa verə bilir.

 

Bu arqumentlərin üçü də güclüdür (Konstitusiyada yazılıb) və böyükdən kiçiyə doğru düzülüb. Sual olunur - bütün bunlar ola bilirkən, niyə Milli Məclis özünü buraxa bilməsin? Vulqar pozitivistlər israr edəcəklər - ola bilməz! Amma Konstitusiya "canlı sənəddir" (living instrument), onun mətni dəyişməsə də, konteksti dəyişir. Həyat davam edir, münasibətlər inkişaf edir, böhranlar yaranır və s. Ölkə dəyişməyən mətnin girovunda qala bilməz. Hər dəfə də mətni dəyişmək olmur. Birincisi, bu, çox zaman çətin olur. İkincisi, mətnin tez-tez dəyişdirilməsi Konstitusiyanı hörmətdən sala bilir.

Uzun sözü qısası, “argumentmum a maiore ad minus” metodundan yararlanaraq Milli Məclisin özünü buraxa bildiyi nəticəsinə gəlmək olar və həmin nəticə bununla legitimliyini itirmiş olmur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)