vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
14:04 | 30 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 11192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O dünya bundan gözəlmi?

Tanrı günahımızdan keçsin!

Güldəstə NƏSİB

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli.

Bu iki misra «ölüm» və «həyat» anlayışlarına romantik yanaşmadır. Reallıqda həyat qədər dəyərli heç nə ola bilməz. Hələ ölüm heç ola bilməz. Həyatı faciələrlə dolu olan Hüseyn Cavidi əbəs yerə Azərbaycan ədəbiyyatında mənzum faciənin banisi hesab etmirlər ki…

Hər kəs (elə sən də, əziz oxucum) ömründə heç olmasa bir dəfə özünü öldürmək, intihar etmək haqqında düşünüb və fikrindən daşınıb. Fikrindən daşınmayanlar isə hər zaman neqativ bir assosiasiya doğuran ölümü nicat yolu bilib, ona, bilinməzə, görünməzə doğru addım atıb, özünü təslim edib.

İntihar bir etirazdır. Bu, kimisə cəzalandırmaq vasitəsidir, ona öz ölümü ilə zərbə vurmaq istəyidir.

İntihar bir çağırışdır. Bu, özünə qarşı diqqətsizliyin olmasını göstərmək, öz ölümü ilə ətrafındakılara acı yaşatmaq, onların ürəklərinə toxunmaq istəyidir.

İntihar qaçışdır. Bu, əzablardan, təhdidlərdən, cəzadan qurtulmaq vasitəsidir.

İntihar imtinadır. Allahın verdiyi ömürdən könüllü imtina, ölüm qarşısında təslimiyyət bayrağı qaldırmaqdır.

Bir sözlə, intihar hər nə olursa olsun, bir insan ömrünün acı sonluğu, geri dönüşü olmayan bir yola baş vurmaqdır. İnstitut illərində müəllimlərimizdən birinin sevimli cümləsi vardı: «Müvəqqəti problemdir, daimi xarakter daşıyır». İntihar məhz bu cür daimi xarakter daşıyan müvəqqəti problemlərdən birdəfəlik can qurtarmaqdır.

Tanrı bizə bu dünyaya gəlməyin bircə yolunu bəxş edib. Onu da özümüz seçmirik. Ancaq həyatdan, fani adlandırdığımız bu dünyadan getmək üçün nə qədər seçim buraxıb bizim üçün.

Alber Kamyu intiharı fəlsəfənin yeganə və ən ciddi problemi adlandırırdı.

İndi intihar nəinki fəlsəfənin, dünyanın ən böyük problemidir. Onu çözmək, izah etmək, ölümün sirrini açmaq qədər çətin və bəlkə də, mümkünsüzdür.

İnsan Allahın yaratdığı ən güclü, həm də ən zəif məxluqdur. Ən çarəsiz zamanında Allahdan ölüm diləyən də odu, son nəfəsində bu dünyadan bərk əllə yapışan da. Çünki özünü ölümün haqq, o dünyanın bundan daha gözəl olması fəlsəfəsinə hər nə qədər inandırsa da, bitməz-bilinməz  bir qaranlığa, sonsuzluğa, məchula getdiyini  anlayır. Məgər siz son nəfəsində  imdad diləyən, «məni ölməyə qoyma» deyənə heç rast gəlməmisiz?

Rəsmi statistikaya görə, hər il dünyada 1 milyon 100 min adam intihar edir. Bu rəqəmin 300 mini Çinin, 160 mini Hindistanın, 37 mini ABŞ-ın, 30 mini Rusiyanın, 30 mini Yaponiyanın payına düşür.

Statistika nəsə deyir, mesaj verir hər halda. Kimi səfalətdən, kimi psixoloji təzyiqdən, kimi də dəbdəbənin gətirdiyi sərxoşluqdan intihar edir. Araşdırmalara görə, intiharda maddiyyat rol oynamır. Son vaxtlara qədər Avropanın sosial cəhətdən təmin olunmuş ən varlı ölkələrindən olan İsveç bir neçə on il intihar məsələsində liderlərdən olub.

Qəribədir, hesablamalara görə ən az intihar Misirdə, Haiti də və Yamaykada qeydə alınır. Bu ölkələrdə demək olar ki, intihar etmirlər. Azərbaycan da son aylara qədər keçmiş SSRİ ölkələri arasında intiharın aşağı olduğu ölkələrdən sayılırdı.

Bir başqa araşdırmaya görə, mavilər digərlərindən 7 dəfə çox intihara cəhd edirlər. Bu günlərdə intihar etmiş azərbaycanlı mavinin əlində plakat tutmuş bir şəklini gördüm. Plakatda «Tanrı hər bir insanı yaratdığı kimi sevir» yazılmışdı.

Tanrı günahımızdan keçsin!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)