«Malorossiya» yarandı
Separatçılara qəfil komanda verildi, Ukrayna torpaqlarında «qondarma dövlət» elan olundu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
Bu gün səhər saatlarında Ukraynanın şərqində qondarma «Donetsk xalq respublikası»nın rəhbəri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək «Malorossiya» adlı yeni konfederativ dövlət yaratdıqlarını elan edib. Virtualaz.org xəbər verir ki, Zaxarçenko yeni dövlətə «Donetsk və Luqansk xalq respublikalarının» daxil olduğunu açıqlayıb. Hərçənd «Luqansk xalq respublikası»nın rəhbəri İqor Plotnitski mətbuat konfransında gözə dəyməyib, hansı ki, məntiqlə yeni konfederativ «dövlətin» subyektlərindən biri kimi «Luqansk xalq respublikası»nın rəhbərinin də Zaxarçenko ilə yanaşı oturması gərək idi.
Zaxarçaneko elan edib ki, «Malorossiya»nın paytaxtı Donetsk şəhəri olacaq. «Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik», - Zaxarçenko təntənəli şəkildə elan edib. «Biz yeni dövlətin «Malorossiya» adlandırılmasına razıyıq, çünki «Ukrayna» adı nüfuzdan düşüb»-rusiyayönümlü separatçı bildirib.
Zaxarçenko elan edib ki, Kiyev paytaxt statusu olmadan «tarixi-mədəni mərkəz» kimi qalacaq. «Malorossiya»nın dövlət bayrağı isə Boqdan Xmelnitskinin bayrağı olacaq. «biz bundan çıxış edirik ki, Donetk və Luqansk xalq respublikaları Ukraynada qanuni hakimiyyətin olduğu yeganə ərazidir»- o bildirib. Separatçıların rəhbəri «Malorossiya»nın ərazisində xaosdan qaçmaq üçün üç il ərzində fövqəladə vəziyyət elan olunacağını bildirib.
Zaxarçenkonun müşaviri Aleksandr Kazakov isə deyib ki, «Malorossiya»nın konstitusiyasını hazırlamaq üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin rəhbərləri seçilib.
Qondarma «Donetsk respublikasının» gəlirlər və yığım «naziri», Zaxarçenko ilə bilikdə rəyasətdə oturan Aleksandr Timofeyev isə elan edib ki, «Malorssiya»nın konstitusiyasında onun bloklara qoşulmamaq barədə statusu əks olunacaq. Eyni zamanda Rusiya ilə əlaqələrin bərpası kursu götürüləcək.
«Biz müsəqilliyi və suverenliyi saxlamaq şərtilə Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq kursu götürəcəyik, Avropa İttifaqı ilə razılaşma olsa vizasız gediş-gəlişi saxlayacağıq», - o deyib. Timofeyev «yeni dövlətin» MDB-nin də fəaliyyətind iştirak edəcəyini, «Malorossiya»-Rusiya-Avropa İttifaqı üçtərəfli danışıqlarının aparılmasını planlaşdırdıqlarını da bildirib.
Ukraynanın şərqinə nəzarət edən separatçıların qəfildən «Malorossiya» elan etməsinin nəyə hesablandığı məlum deyil. Kreml administrasiyasında Donetsk və Luqansk regionlarını kurasiya edən Vladislav Surkovun Zaxarçenkoya bu təlimatı nədən verdiyi aydın olmasa da görünən odur ki, Moskvadan Donbassla kifayətlənməyib bütün Ukraynanı ələ keçirmək niyyətləri barədə siqnallar göndərmək istəyirlər.
«Malorossiya» haqda bəyanatların səslənməsinə Moskvadan hələ reaksiya verməyiblər. Ukrayna prezidenti Pyotr Poroşenko isə Zaxarçenkonun bəyanatlarına cavab olaraq Kiyevin Donbass üzərində suverenliyini bərpa edəcəyini bildirib. Onun sözlərini mətbuat katibi Svyateslav Tseqolko «Twitter»də yayıb. Poroşenko bundan əvvəlki «Novorossiya» ideyasının dəfn olunduğunu da bildirib.
***
12:05
Separatçı Donetsk Xalq Respublikasının (DXR) başçısı Aleksandr Zaxarçenko bildirib ki, Ukraynada dalana dirənmiş vəziyyətdən çıxmaq üçün, üç illik yeni bir dövlət – Malorossiya yaratmaq lazımdır.
Virtualaz.org bildirir ki, bu barədə «İnterfaks» xəbər yayıb.
«Biz hesab edirik ki, Ukrayna dövləti, hansı ki, əvvəllər vardı, o formada bərpa oluna bilməz. Biz, keçmiş Ukrayna regionlarının nümayəndələri, Krım istisna olmaqla, Ukraynanın varisi olacaq yeni dövlətin yaradıldığını bəyan edirik. Biz yeni dövlətin Malorossiya adlanmasına razıyıq, çünki Ukrayna adı özünü etibardan salıb», — deyə A.Zaxarçenko vurğulayıb.