vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:21 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Poroşenko məndən ehtiyat edir»

Saakaşvili hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Ukrayna vətəndaşıyam və mütləq ora qayıdacağam». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bu bəyanatla çıxış edib. O, həmçinin ABŞ-ın müdafiəsinə ehtiyacı olmadığını deyib.

Bununla belə sabiq qubernator Ukraynaya qayıdacağı konkret vaxtı açıqlamayıb.

M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya mesaj göndərib: «Baş verənlər Poroşenkonun ehtiyat etdiyi güclü oyunçunun siyasi arenadan kənarlaşdırılmasından başqa bir şey deyil».

Qeyd edək ki, M.Saakaşvili prezident P.Poroşenko tərəfindən iyulun 26-da sənədlərindəki uyğunsuzluq səbəbindən vətəndaşlıqdan məhrum edilib. Bundan sonra o, hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib.