vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
11:59 | 13 avqust 2017 | Bazar Məqaləyə 2441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənubi koreyalılar tədarük görür

Regiondakı gərginlik hazır qida və qızıl satışını gücləndirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya və ABŞ arasında gərginliyin artdığı bir vaxtda cənubi koreyalılar daha çox qızıl, hazır qida alır, hökümət isə bütün ölkəni əhatə edəcək mülki müdafiə təlimlərinin keçirilməsini planları üzərində çalışır.

Uzun zamandır ki, Şimali Koreyanın artilleriyasının hədəf götürə biləcəyi ərazidə yaşamaqlarına baxmayaraq, yarımadanın cənub sakinləri şimal qonşularının aqressiyasına və keçirdiyi ballistik raket sınaqlarından çəkinmədən yaşayıblar.

Lakin son həftə, rəsmi Pxenyanın ABŞ ilə hədələyici tərzdə danışması, regionda ağır və geniş miqyaslı hərbi əməliyyatların keçirilməsi qorxusu yaradıb.

İllik gəliri 1.75 milyon dollar olan hazır qida istehsalçısı «Combat Ration Inc.» şirkəti bildirib ki, keçən həftə onların satışlarında 50 faiz artım olub. Digər hazır qida istehsalçıları Babmart və onlayn satışla məşğul olan jun2food.com şirkətləri də satış artımlarını qeyd edirlər. Hər iki şirkətin rəsmiləri artımı regiondakı gərginliklə izah edirlər.

«3M» adlı qızıl dəyişmə şirkətinin rəsmisi Sonq Conq-gil deyir ki, eyni meyl qızıl satışında da hiss olunur. Onun bildirdiyinə görə, kiçik qızıl külçələri satışı avqustun 9-dan bəri beş dəfə artıb.

Sərmayəçilər geosiyasi gərginliyin kəskinləşdiyi və qeyri-müəyyənlik dövrlərində vəsaitlərini qızıla sərf etməyə daha meylli olurlar. Şimal qonşusu ilə müharibə şəraitində olan cənubi koreyalılar da istisna deyil.

Şimali Koreyanın ən azı 1,000 artilleriya ədədi 25 milyon insanın yaşadığı paytaxt Seulu hədəf götürmək gücündədir. Paytaxt bələdiyyəsi rəsmisindən alınan məlumaya görə, yerli hökümət mülki müdafiə təlimlərini 23 avqust tarixinə təyin ediblər.