vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:58 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kimsə meşələrimizi yandırır»

Daxili işlər naziri: «Onların hamısı müəmmalı şəkildə, qəfildən başlayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın Borjomi kurort bölgəsində günlərlə davam edən meşə yanğınlarının Azərbaycanın da yaxından köməyi ilə söndürülməsindən dərhal sonra daha bir kurort bölgəsində - Samtso-Cavaxetinin Abastumani kurortunda güclü meşə yanğınları başlayıb.

Xəbər verildiyi kimi Gürcüstanı təzəcə tərk etmiş Azərbaycan yanğınsöndürənlərinin bir qrupu prezident İlham Əliyevin göstərişi ilə yenidən geri qayıtmalı olub. Fövqəladə Hallar Nazirliyi (FHN) Abastumani meşələrinin söndürülməsi üçün iki vertolyot və onlarla yanğınsöndürən göndərib. Habelə Ukrayna köməyə təyyarə, İran iki vertolyot yola salıb.

Gürcüstan KİV-ləri qeyd edir ki, bu, son yeddi gün ərzində Samtse-Cavaxeti bölgəsində baş vermiş beşinci meşə yanğınıdır. Və bu yanğınların heç birinin səbəbini dəqiqləşdirmək mümkün olmayıb. Onların hamısı müəmmalı şəkildə, qəfildən başlayıb. Daxili işlər naziri Georgi Mqrebrişvili jurnalistlərə bildirib ki, yanğınların səbəbləri məlum deyil, lakin onun şəxsi fikrinə görə bunlar qəsdən törədilir.

«İstintaq bütün versiyalar üzərində işləyir. Əgər sizi mənim subyektiv mövqeyim maraqlandırırsa o zaman düşünürəm ki, yanğını qəsdən törədə bilərdilər. Digər amillər də ola bilər. İstintaq davam edir və bütün versiyalar araşdırılır», - nazir deyib.

Abastumani sakinləri isə deyirlər ki, yanğınların başladığı yer keçilməz meşə massividir və orada yanğının öz-özünə başlaması sadəcə olaraq mümkün deyildi. «Yanğın yerinə yaxınlaşmaq çox mürəkkəbdir, yol yoxdur. Biz ağlımıza da gətirə bilmirik ki, orada necə yanğın olub. Heç güclü istilər də yoxdur ki, onun təsirindən nəyinsə alışdığını deyəsən, havalar sərin keçir. Kimsə meşələrimizi yandırır», - yerli sakinlər deyirlər.

Politoloq Tornike Şaraşenidze də hesab edir ki, dalbadal baş verən meşə yanğınları təsadüf ola bilməz. «Hər dəfə yeni yanğından sonra bunun diversiya olmadığına inanmaq daha da çətinləşir. Mən bu qədər yanğın xatırlamıram, heç kim xatırlamır. Əgər bu diversiyadırsa o zaman bir mərkəzdən idarə olunur. Və burada sual meydana çıxır: bunda kim maraqlıdır? Məntiqlidir ki, bu məsələdə maraqlı olan bir varsa o da Moskvadır», - politoloq deyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *