vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
14:01 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 1916 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyanın növbəti nüvə sınağı

Kim Çen In hidrogen bombanı raketə sığdırdı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya uzaqmənzilli raketlə daşına bilən nüvə silahını uğurla sınaqdan keçirdiyini bildirib. Seysmoloqlar Şimali Koreyada yer təkanlarının baş verdiyini qeydə aldıqdan bir neçə saat sonra, Pxenyan altıncı nüvə sınağının «mükəmməl uğurla» keçirildiyini bəyan edib.

Pxenyan sınaqdan keçirdiyi nüvə silahının hidrogen bomba olduğunu bəyan edib.

Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır.

Təhlilçilər yayılan bəyanatlara ehtiyatlı yanaşmağı tövsiyə etsələr də, Şimali Koreyanın nüvə qüdrətinin gücləndiyi göz qabağındadır.

Sonuncu dəfə Şimali Koreya nüvə sınağını 2016-cı ilin sentyabrında keçirmişdi.

BMT sanskiyaları və beynəlxalq təzyiqə baxmayaraq, Pxenyan nüvə silahını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub.

Cənubi Koreyanın bildirdiyinə görə, sonuncu sınaq Kilju bölgəsində keçirilib.

Həmin bölgədə Şimali Koreyanın nüvə poliqonu yerləşir.

Cənubi Koreya hidrometeoroloji agentliyinin bildirdiyinə görə, «süni zəlzələnin» gücü, Şimali Koreyada bundan əvvəl keçirilmiş beşinci sınaq zamanıı qeydə alınmış təkanların gücündən 9.8 dəfə artıq olub.

Sınağın keçirilməsindən bir neçə saat əvvəl Pxenyan, uzaqmənzilli raketə sığması üçün hidrogen bombanın miniatürlaşdırıldığını bildirmişdi. Eyni zamanda, Şimali Koreya lideri Kim Çen Inın yeni cihazın önündə çəkilmiş görüntüsü dövlət mediası kanalları ilə yayılmışdı.

Şimali Koreyanın dövlət mediası həmin qurğunun yeni növ hidrogen bombası olduğunu və ballistik raketə sığdığını bildirib.

Şimali Koreyada keçirilmiş sınağı Yaponiya höküməti pisləyib, Cənubi Koreyada isə prezident Mun Jinin (Moon Jae) hadisə ilə bağlı təhlükəsizlik şurasının təcili iclasını çağırıb.