vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
22:27 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Myanmarda nələr olur, niyə olur?!

(Düşünmək və müzakirə etmək üçün)

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Myanmarda son günlər müsəlmanlarla buddistlər arasında çıxan münaqişə, bu ölkədə müsəlmanların kütləvi qətli, dinindən asılı olmayaraq yaşanan insanlıq dramı gündəmə gəlir, amma ciddi müzakirə olunmur, səbəblər araşdırılmır, ölkədə də normal müzakirə ortamı, normal TV-lər yoxdur ki, heç olmasa belə mövzularda normal diskussiya eşidəsən. Hamı Türkiyənin ağzına baxır, onlarda da rasional düşüncə artıq bitib, ancaq emosional pafosdan başqa bir şey qalmayıb.

Çalışacağam ki, olan-bitənlər haqqında fikirlərimi bildirim, birlikdə düşünək, müzakirə edək ki, emosional tələyə düşməyək.

Myanmar uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var. 1990-cı illərin əvvəlində məlum oldu ki, Myanmar dünyada ən çox neft-qaz, uran olan 20 ölkədən biridir, bir neçə il öncə Beynəlxalq Enerji Agentliyi elan etdi ki, Myanmar yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşf ediləcək 5 ölkədən biri olacaq. Artıq 2000 -2010-cu illərdə Çin Myanmara 14 milyard dollar sərmayə qoymuşdu.

Təbii ki, Qərb şirkətləri bu mənzərəyə seyrici qala bilməzdilər və yeni bir lider, xanım Aung San Suu Kyi ciddi PR olunmağa başlandı, Nobel mükafatı aldı, formal olaraq hakimiyyətə gəldi (hələ də ordu, polis, məhkəmə, dövlət orqanları, faktiki olaraq Çinin oyuncağı olan xuntanın əlindədir). Xanım San Suu Kyi keçən il neft-qaz yataqları ilə bağlı 25 yeni tender elan etdi və hamısını Avropa, ABŞ, Cənubi Koreya, Hindistan, Malayziya, İndoneziya şirkətləri qazandılar. (Yataqların adı, həcmi haqqında məlumatlarla, rəqəmlərlə sizləri yormaq istəmirəm, hamısı var internetdə)

Myanmarın qaz ehtiyatları 3-5 trilyon m3 civarındadır, gündəlik neft hasilatı 1 milyon bareldir, amma 3 milyon barelə çıxa bilər.

Çin görəndəki Myanmarda yatırımları əldən çıxır, Qərb üstələməyə başlayır həmən öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq üçün «qeyri-sabit» ölkə imici yaratmağa başladı.

Daha bir böyük siyasi hədəf isə odur ki, Çin öz xalqına və ətraf xalqları demokratiyanın pis bir şey olduğunu, seçkinin xaosa apardığını, demokrat xanım San Suunun isə əslində qaniçən cani olduğunu sübut etməyə çalışır. Bu işdə Rusiya da ona yardım edir - Myanmarla bağlı Britaniyanın təklif etdiyi paketə BMT-də məhz Rusiya veto qoydu. Paketdə Myanmara BMT qoşunlarının getməsi də yer alırdı, Çin anlayır ki, ora Qərb ordusu BMT mandatı ilə gəlsə, bütün ölkə əlindən çıxacaq.

Çox təəssüf ki, bizdə də emosional şərhlər öndədir, məzlum əhalinin, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır.

Təbii ki, nədəni nə olursa-olsun günahsız insanların qətl edilməsi bir faciədir, insanlıq dramıdır. Amma dünya buna susmur, Qərb mediası hər gün bundan yazır, sadəcə Çin bilərəkdən Şimali Koreyadakı «dəli oğlanın» oynadaraq dünyanın diqqətini məhz bu problemdən - Myanmarda müsəlmanların qətlindən yayındırmağa çalışır.

Myanmarda baş verənlər Çin kimi, Rusiya kimi dövlətlərin, Qərbin böyük şirkətlərinin nə qədər acımasız, qansız, insanlıq düşməni olduğunu bir daha üzə çıxardı...