vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9941 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2440 AZN
Türk lirəsi 1 TRY = 0.4395 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
12:48 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan müdafiə naziri İsrailə getdi

General-polkovnik Zakir Həsənov ilkə imza atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri ilk dəfədir İsrailə rəsmi səfərə gedir və bu səfərin geniş rezonans doğuracağı şübhəsizdir. Bu səfər İsrailin Azərbaycana «Orbiter 1K» pilotsuz zərbə aparatlarını satması ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib. Xatırladaq ki, Azərbaycan tərəfi həmin PUA-ların cəbhə xəttində sınaqdan keçirilməsi barədə istəyinə istehsalçı şirkətin operatorları rədd cavabı verib. Nəticədə şirkətin yüksək vəzifəli meneceri sınağı özü keçirib və hədəfi dəqiq vura bilməyib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *