vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
17:47 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrailə PUA hücumu

24 saat ərzində ikinci hadisə

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən 24 saat ərzində İsrailin cənubunu hədəf alan Pilotsuz Uçuş Aparatı (PUA) hücumu zamanı ikinci qurğu Eylat şəhərindəki Ramon hava limanı yaxınlığına düşüb.

İsrail ordusu radiosunun xəbərində qeyd olunur ki, hava limanı yaxınlığında İordaniya ərazisindən buraxılan PUA qəzaya uğrayıb. İnsan itkisi olmayıb.

Yazılı açıqlamada Eylat şəhərinin şimal-şərq istiqamətindən İsrail ərazisi xaricinə düşən şübhəli təyyarənin müşahidə edildiyi qeyd olunub. Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

İsrail ordusu dünənki açıqlamasında bildirmişdi ki, Eylatdakı hərbi bazaya PUA hücumu həyata keçirilib. “İraqda İslami Müqavimət” adlı İranyönlü koalisiya hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Eylat şəhərinin şimalında, İordaniya ilə İsrail arasındakı sərhəd bölgəsində yerləşən Ramon Hava Limanı 2019-cu ildə istifadəyə verilib.