vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
14:14 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 645 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrana hücum məşq edilir

İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbə ssenarisinin üzərində işləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika və İsrailin keçirdiyi birgə hərbi təlimdə uzun uçuşlar və yanacaq dolduran təyyarələr İranın nüvə obyektlərinə hücum ssenarilərini simulyasiya etməklə istifadə olunur.

İsraildə çıxan “Jerusalem Post” qəzeti İranın nüvə obyektlərinə hücum ssenarilərini imitasiya edərək, noyabrın 29-da ABŞ və İsrailin birgə hərbi təlimlər keçirdiyini açıqlayıb.

Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələrinin son illərdəki ən böyük təlimlərindən biri olan bu təlim, İsrail pilotlarının İrana çatması üçün lazım ola biləcək uzaq məsafəli uçuşları ehtiva edir.

“Jerusalem Post” yazıb ki, bu, son illərdə İsrail və ABŞ-ın keçirdiyi ən böyük birgə hava təlimlərindən biridir və 3 dekabradək Aralıq dənizi və İsrail üzərində keçirilməsi planlaşdırılıb.