vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
11:39 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsrin müqaviləsi-2» imzalanır

SOCAR-ın payı 25 faizə qaldırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər. Dövlət başçısı mərasimdə nitq söylədi.

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi üzrə beynəlxalq konsorsiumla bağlanmış yeni müqavilə sayəsində Azərbaycana xarici investorlar tərəfindən 3.6 milyard dollar bonus ödəniləcək. Bunu prezident İlham Əliyev müqavilənin imzalanması mərasimində bildirib.

«Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır», - prezident deyib.

Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: «Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. «Əsrin müqaviləsi» imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda «Azəri-Çıraq-Günəşli»də hasil edilməmiş 500 milyon ton neft var».

İlham Əliyev çıxışında xatırladıb ki, 2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. Prezidentin sözlərinə görə, «Səngəçal» dünyada ən böyük neft-qaz terminalıdır: «Azərbaycanda neft platformaları tikilir. Bunlar «Əsrin müqaviləsi»nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. «Şahdəniz», Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq».

Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.

ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu.

Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxudu.

Gürcüstanın energetika naziri Elia Eloşvili Baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxudu. (APA və «Trend»in materialları əsasında)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *