vaxtlı-vaxtında oxuyun! Bazar, 18 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9267 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1743 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3163 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
14:36 | 28 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 1302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-Tiflis-Qars dəmir yol xətti istismara verildi günün hadisəsi

BTC-dən sonra regionun ən böyük layihəsi - BTQ

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Regionun ən böyük nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolu artıq istismara hazırdır. Sentyabrın 27-də «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze səhər saatlarında xüsusi qatarla Tiflisdən Axalkalaki stansiyasına gələrək dəmir yolunu istismara qəbul ediblər. Musavat.com xəbəri Gürcüstandakı qaynaqlardan alıb.

Həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə heyətlərini hökumət üzvləri və çoxsaylı jurnalistlər müşayiət edib. Gürcüstan Dəmir Yollarının rəhbəri Mamuka Baxtadze yerli mediaya açıqlamasında bildirib ki, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin daşınması qrafiki təsdiqlənəcək.

Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 milyon dollar təşkil edəcək.

Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *