vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏMLƏKƏT  
11:44 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gənclər Paytaxtı»nın seçimi başladı

Qalibi fevralın 3-də gənclər günündə GİN achiqlayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın «Gənclər Paytaxtı»nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin «Gənclər Paytaxtı»nı seçmək mümkündür. Bunu Gənclər və İdman Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Qeyd edək ki, «Gənclər Paytaxtı» «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il həyata keçirilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə  2012-ci ilin «Gənclər Paytaxtı» Gəncə şəhəri, 2013-cü ilin «Gənclər paytaxtı» isə Biləsuvar şəhəri seçilib.
«Gənclər paytaxtı»nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə gerçəkləşir.  1 (bir)  il müddətinə seçilən şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət ayırır. 
Beləliklə  23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixi saat 23.59-dək davam edəcək. 2014-cü ilin «Gənclər Paytaxtı»nın adı isə 3 fevral 2014-cü il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi şəkildə elan ediləcək. 
Qeyd edək ki, bu il Təşkilat Komitəsi tərəfindən «Gənclər Paytaxtı»nın seçim qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il «Gənclər Paytaxtı»nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 27 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 15-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.