vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
22:57 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada daşlar yerini dəyişir

İsrail İranla savaşmaq üçün döyüş meydanına atılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«İsrail rəsmiləri İranın Yaxın Şərqdə söz sahibinə çevrilməsinin fərqindədirlər və bölgədə güc balansının dəyişməməsi üçün aktiv tədbirlər görməyə hazırlaşırlar. Bu səbəbdən İsrailin hərbi və diplomatik kampaniyasının mərkəzində Suriya durur».

Bu cümlələr ABŞ-ın nüfuzlu «Foreign Policy» jurnalının analitik yazısında yer alıb.

Məqalədə İranın etdiyi yardımları əngəlləmək məqsədilə İsrail hərbi təyyarələrinin Hizbullah təşkilatının obyektlərinə və konvoylarına onlarla zərbə endirdiyi bildirilir. Sentyabrın 7-də isə İsrail hərbi aviasiyası Masyaf şəhəri yaxınlığında Suriyanın hərbi obyektlərini vurub. Israil tərəfinin iddiasına görə, həmin obyektlərdə kimyəvi silah istehsal olunurmuş və «yer-yer» tipli raketlər saxlanılırmış.

«Bu zərbələrin Suriya ilə bağlı növbəti danışıqlar raundundan sonra endirilməsi təsadüfi deyil. Həmin vaxtdan bəri İsrail rəsmiləri Suriyadakı situasiyanın ölkələri üçün yaratdığı təhlükənin nə ABŞ-ın, nə də Rusiyanın vecinə olduğunu anladılar. Məhz bu səbəbdən «Mossad» direktoru Yosi Koen Vaşinqtona, baş nazir Benyamin Netanyahu isə Moskvaya gedərək öz narahatlıqlarını ifadə ediblər», - müəllif yazısında qeyd edir.

Yazıda israillilərin hər iki paytaxtdan aldqıları cavablardan qane olmadıqları vurğulanır. «İsraili narazı salan əsas məqam Suriyadakı bütün iri oyunçuların İrana və onun siyasətini bölgədə təmsil edən qüvvələrə hərəkət azadlığı verməsi ilə bağlıdır. Artıq güvəndiyi dövlətlərin bu problemi həll etməyəcəyindən əmin olan Təl-Əviv məsələni təkbaşına çözmək qərarına gəlib», - müəllif Conatan Spayer qeyd edir.

Müəllif İsrailin bölgədə strateji nöqtələrinə təhlükə yarandığını yazır: «Əgər iranpərəst qüvvələr Suriya-İran sərhədindəki Əbu Kamal şəhərini ələ keçirsə, bu, İranın İsrail tərəfindən nəzarət edilən Qolan təpələrinə cəmi bir neçə kilometr yaxınlığına qədər dəhliz açmasına gətirib çıxaraq».

Yazıda İsrailin bu vaxta qədər İranın ambisiyalarının qarşısını iki üsulla aldığı göstərilir: «İlk olaraq bu rayonda hərbiləşdirilmiş infrastrukturun yaradılması cəhdlərini pozmaq üçün hücumlar təşkil edilib, ikincisi isə sərhədin böyük qisminə nəzarət edən üsyançı qruplarla praqmatik «işçi münasibətlər» qurulub. Burada söhbət ilk növbədə «Fursan əl Colan» qruplaşmasından gedir».

Məqalədə 2010-cu ilə qədər İsrailin İrana və onun müttəfiqlərinə qarşı dirənmək məqsədilə radikal dini qruplara dəstək verdiyinə işarə vurlur. Lakin indiki situasiyada işi çətinləşdirən faktor bölgədə İran üçün yeni qüdrətli müttəfiqin, Rusiyanın peyda olmasıdır.

Yazı müəllifi Tramp administrasiyasının da sırf İŞİD-lə mübarizəyə köklənməsi səbəbindən İsrailin maraqlarını tam olaraq nəzərə almadığını bildirərək burada İranın hücumlarının qarşısını kəsmək yolunda heç bir iş görülmədiyini qeyd edir.

Bu səbəbdən müəllif İsrailin Suriyada hərəkət azadlığına malik olmaq üçün Rusiya ilə razılığa gəlmə ehtimalı ilə bərabər (ruslar hər an İranı sata bilər - red.), «b» planı olaraq birbaşa, öz silahlı qüvvələrini yeridə bilmə perspektivindən söhbət açır. «Masyafa endirilən zərbə ilk olmadığı kimi, sonuncu da deyil», - məqalənin yekununda iki dövlət arasında mümkün irimiqyaslı toqquşma ola biləcəyi təsbit edilib.