vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9995 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2935 AZN
Türk lirəsi 1 TRY = 0.4397 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜZAKİRƏ  
22:44 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tamam saxta , süni addır»

Belçikadakı səfiri Fuad İsgəndərov: «Bakıya bu hücumları Avropa yox, başqa oyunçular təşkil edib...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycana qarşı son xarici tənqidlər dalğası idarə olunur və biz, bunun arxasında kimlərin dayandığını bilirik». Virtualaz.org xəbər verir ki, belə sensasion bəyanatla Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov «EurActiv» fondunun saytına müsahibəsində çıxış edib. «EurActiv» Belçikada yerləşən fonddur və məqsədi Avropa dəyərlərinin təbliğidir.

«EuroActiv»in oktyabrın 2-də yaydığı video müsahibənin bütün sualları son dövrlər gündəlikdən düşməyən «Pulyuma maşını hesabatı» ətrafındadır. Həmin müsahibədən bir hissəni təqdim edirik:

 

- «Azərbaycanın Pulyuma maşını» adlı hesabatdakı açıqlamalar Azərbaycanla Avropa Birliyi arasında ümumilikdə müsbət olan münasibətlərə kölgə saldı».

- Hər şey medianın təqdim eləmək istədiyi kimi pis deyil. Azərbaycan Avropaya getdikcə daha yaxın olur. Biz ciddi şəkildə Cənub Qaz Dəhlizinin qurulması üzərində işləyirik. Bizim çox yaxşı iqtisadi, kommersiya bazamız var ki, bunun üzərində siyasətimizi quraq. Bu, təkcə enerji təhlkəsizliyi ilə bağlı deyil. Cənub Qaz dəhlizi xüsusi nümunədir. Bu layihə Avropa Birliyinin iki ölkəsini - İtaliya və Yunanıstanı, iki üzvlüyə namizəd ölkəni – Türkiyə və Albaniyanı, bir assosiativ tərəfdaş ölkəni - Gürcüstanı və bir enerji sahəsində tərəfdaş ölkəni- Azərbaycanı birləşdirir. Bu layihəyə 4 növ fərqli ölkə cəlb olunub: üzv ölkələr, üzvlüyə namizəd ölkələr, assosiativ tərəfdaş və strateji tərəfdaş. Bu, Şərq Tərəfdaşlığının doğrudan da ehtiyacında olduğu layihədir və həqiqi layihə idarəçiliyi nümunəsidir.

Biz Avropaya yaxın olduqca, daha çox tənqid eşidirik. Bir çox hallarda bu tənqidlər sünidir. Və biz bilirik ki, bu tənqidlərin arxasında kimlər dayanır. Biz Avropaya yaxın olmaqda maraqlıyıq, ancaq bəzi qüvvələr bu inkişafın, bu hərəkətin qabağını almaq istəyir. Azərbaycan bu il Avropa Birliyi ilə 3 ayda 5 danışıq prosesinə təkan verib.

Bu tənqidlər dediyim kimi, bir çox hallarda sünidir və məqsədi Azərbaycanın Avropa Birliyi ilə münasibətlərini korlamaqdır, siyasi qərarları ən azı təxirə salmaqdır.

 

- Azərbaycanın pulyuma maşını hesabatında Azərbaycanın 2,9 milyard dollar pulu əlaltı şirkətlər vasitəsilə Avropa siyasətçilərinə verməyindən danışılır və deyilir ki, bu pul insan haqları pozuntularına, jurnalistlərin həbsinə baxmayaraq Azərbaycanın müsbət imicinin yaradılması üçün verilib. Buna sizin münasibətiniz?

- Pulyuma maşını. Bu nə deməkdir? Bu, tamam saxta , süni addır. Bir misal. Biz Belçika mediasına bu barədə pressreliz göndərdik.

Onlar 1 milyon 300 min avro ofşor tranzaksiya ları haqda məlumat qoyublar. Bunlar real olaraq ekskavator, tibbi ləvazimat, infrastruktur ləvazimatı və s alınmasına verilib. Bunu Azərbaycan tərəfi Belçika tərəfindən alıb. Bu, ofşorlarda reallaşıb, ancaq bunlar Avropa Birliyi bazarının tərəfdaşıdır.

Belçika nümunəsində bir dənə də olsun kriminal yoxdur. Mən Belçikada səfir olduğuma görə Belçikadan danışıram. Bir dənə də olsun tranzaksiya terrorizmə, korrupsiyaya, narkotikə və ya nəyəsə sərf olunmayıb. Ancaq bu, pulyuma kimi təqdim olunur.

Bu ittihamlar niyə sünidir? Mən deyərdim ki, siz baş verənlərin tarixinə, məntiqinə baxın. Sentyabrın 5-i birinci məqalə İngiltərənin «The Guardian» qəzetində erməni jurnalistin imzası ilə çıxır. Bir neçə gün sonra eyni mediada yenə nəhəng tənqidi yazı çıxır, Cənub Qaz dəhlizi , TransAdriatik Kəmər tənqid olunur. Dalınca dərhal Avropa parlamentindən reaksiya gəlir. Dünyada korrupsiya haqda qətnaməyə bircə mənim ölkəmin adı salınır. Heç bir izahat verilmədən.

Təsəvvür edin, BMT-nin 193 üzvü olan ölkə var. Bu hesabat dünya haqdadır. Hesabatda isə bircə ölkə qeyd olunur. O da Azərbaycandır.

Bu onu göstərir ki, bu tənqidlər sünidir. Bunu Azərbaycanın Avropaya yaxın olmasını, Azərbaycanın Avropanın bir hissəsi olmasını istəməyənlər edir.

 

- Siz bunu saxtalaşdırılmış piar kampaniya kimi rədd edirsiniz. Bəs siz etiraf edirsinizmi ki, Azərbaycanda nəsə dəyişməlidir?

- «Saxtalaşdırılmış» ifadəsindən mən istifadə etmirəm, çünki o hesabatda pulyuma ifadəsi düzgün işlənməyib. Nəsə almaq üçün pul köçürülməsi  pulyuma kimi təqdim olunur.

Bundan başqa, bu məqalələrin hamısı Avropa Birliyi mediasında eyni vaxtda peyda olub. Bir dəfə bir həftədə Belçika mediasında 15 belə yazı saydıq. Şübhə yaranır ki, buna dirijorluq edirlər. Mənim üçün aydındır ki, bunu idarə edirlər.

Azərbaycan kiçik ölkədir, 10 milyon əhalisi var, tolerantdır, dünyəvidir, bütün dinlərə yaxşı münasibəti var, bu ölkədən terror təhlükəsi gəlmir, qanunsuz mühacirət yoxdur. Bu ölkəni təhqir eləmək nəyə lazım?

 

- Avropa parlamenti Azərbaycanın və digər ölkələrin Avropa parlamentində verilən qərarlara nüfuz eləmə cəhdlərinintam araşdırılmasına səs verdi. Sizin ölkə buna necə reaksiya verdi və necə əməkdaşlıq edəcəksiniz?

- Bir misal və hər şey adın olacaq. Avropa Parlamenti 2009-cu ildən bu günə kimi Azərbaycan haqda 9 çox sərt, müstəsna tənqidi qətnamə qəbul edib. Siz nə fikirləşirsiniz, bu o deməkdirmi ki, bizim ölkə uğurlu lobbiçilik edir?

Onlar lobbiçiliyi ittiham edirlər, biz lobbiçilik etsəydik, əlimizdə nəsə olardı. Bunun əvəzində bizim Azərbaycan haqda 9 tənqidi qətnaməmiz var. Müqayisə üçün Ermənistan haqda belə qətnamələrin sayı 0-dır. Bütün bu tənqidlər həqiqət deyil. Biz bəzən dostlarımızdan yardım ala bilərik. Çünki biz gənc ölkəyik. Hansı lobbiçilikdən söhbət gedə bilər?

 

​- Pulyuma maşını hesabatında yer alan bank sənədlərinin sızmasında xarici maraqlar ola bilərmi?

- Biz torpaqların 20 faizi işğal altındadır və işğal edən qüvvələr , onların arxasında olan qüvvələr bizi barbar kimi təqdim eləmək istəyir. Bu bizə tam aydındır.

Sentyabr ayında Azərbaycan və xarici neft şirkətləri əsrin müqaviləsini uzatmaq haqda sənəd imzalayırdılar. Həmin bu media hücumları məhz həmin ərəfədə başlandı.

Biz Avropa Birliyinə yaxın olduqca həmin tənqidlər kəskinləşir. Bu hücumlar Avropa Birliyi qurumlarından gəlmir, başqa oyunçulardan gəlir. Bu qüvvələrin məqsədi Azərbaycanın necə deyərlər,, Avropa dəyərlərinə uyğun gəlməyən müsəlman barbar imicini yaratmaqdır. Belə ölkə ilə danışmaq belə lazım deyil. İkinci məqsəd odur ki, biz Ermənistanla beynəlxalq qanun çərçivəsində danışırıq. Beynəlxalq qanunlar ölkənin ərazi bütövlüyünü, suverenliyini nəzərdə tutur. Bunu necə dəyişmək olar? Ona görə də qarşı tərəfi korrupsioner, davranışı bilinməyən, barbar kimi təqdim eləməyə çalışırlar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *