vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
12:50 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2461 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanki «Gestapo»dan çıxıblar

«S.S»çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Nərimanov rayonu, Möhsün Sənani küçəsindəki bir qrup sakinin evləri «Evrostroy-SS» adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb. Sakinlərin bəzilərinin ev əşyaları da dağıntılar altına qalıb. Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən üç evin sökülməməsi barədə avqust ayında qərar çıxarsa da şirkət bu qərara məhəl qoymayıb. Söküntü zamanı şirkətin qoluzorluları ilə sakinlər arasında qarşıdurma olub. Ev sahiblərindən birini sürüyərək evindən çıxarıblar və evini dağıdıblar. Yaşlı qadınlar da şirkətin işçiləri tərəfindən təhqir olunub.

Sakinlərin danışdıqlarından məlum olur ki, cəmi bir il əvvəl fəaliyyətə başlayan «Evrostroy-SS» adlı şirkət onların evinin yerində tikdiyi çoxmərtəbəli binadan sakinlərə mənzil vəd edir. Lakin evlərin sökülməsindən sonra sakinlərin yerləşdirilməsinin qeydinə qalan yoxdur. O cümlədən heç kimin tanımadığı, Bakıda növbəti söküntü kampaniyasının meydana çıxardığı bu şirkət müflis olarsa və tikintini başa çatdıra bilməsə, yaxud sadəcə olaraq sakinləri aldadıb aradan çıxarsa onların dağıdılmış evlərinin əvəzini kim verəcək? Axı Nərimanov rayon İcra Hakimiyyəti sakinlərlə şirkət arasında imzalanan müqavilədə təminatçı tərəf kimi çıxış etmir.