vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:30 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni naziri kimdir?

Prezident İlham Əliyev Pərviz Şahbazov Energetika Nazirliyinə rəhbər təyin etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın yeni energetika naziri təyin edilib. Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, keçmiş energetika naziri Natiq Əliyev bu il iyunun 8-də vəfat edib.

Yeni nazir Pərviz Şahbazov kimdir?

VAXT.AZ-ın məlumatına görə, Pərviz Şahbazov Azərbaycan Respublikasının Almaniyadakı keçmiş səfiri olub. O, 2016-cı ilin sentyabrında səfir vəzifəsindən geri çağırılmışdı.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayında Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2016-cı il sentyabrın 6-da səfir vəzifəsindən geri çağırılıb.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.