vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
23:13 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 fəsil üzrə müzakirələr

Azərbaycan və Aİ yeni saziş layihəsi üzrə danışıqların növbəti mərhələsini keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. Müzakirələrdə Energetika Nazirliyini Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Saziş layihəsinin «Ticarət və davamlı inkişaf», «Enerji və xammal», «Əmtəə ticarət» və «Ticarətdə texniki maneələr» fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

«Layihənin «Enerji və xammal» bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, «Müstəqil Tənzimləyici Orqan»ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb», məlumatda qeyd edilir.

Müzakirələrin davamı kimi cari ilin oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.