Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
13:46 | 29 aprel 2019 | Bazar ertəsi
Məqaləyə 3324 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Amerika Birləşmiş Ştatları, dezinformasiyaya və Rusiyanın müxtəlif ölkələrdəki seçkilərə müdaxiləsinə qarşı mübarizədə Avropa İtifaqı (Aİ) ilə həmrəylik nümayiş etdirmək niyyətindədir.
“The Washington Post” qəzeti bildirir ki, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Pol Rayan (Paul Rayan) deyib.
“Rusiya, ABŞ-da olduğu kimi, indi Avropada da demokratik seçkilərə müdaxilə edir və biz buna dözməyəcəyik”, - deyə konqresmen bildirib.
Rusiyanın başqa ölkələrdəki seçkilərə müdaxiləsinə ABŞ-ın Dövlət katibi Mayk Pompeo da şübhə etmir. Yüksək vəzifəli Amerika siyasətçisi hədələyib ki, Ağ Ev “başqa ölkələrin işlərinə müdaxilə etdiyi üçün Rusiyaya qarşı qiyməti artırmağa və sərt hərəkətlərə getməyə” hazırdır.
Onun fikrincə, Rusiya bir sıra ölkələrin, məsələn, Venesuelanın işlərinə müdaxilə edir. Rusiya Federasiyasına və Ukraynaya təsir göstərir: “Və bu təkcə 2016-cı ildə bizimlə baş verməyib, bütün dünyada belədir. Bütün bunlar ciddi və real müdaxilələrdir”.
Bununla əlaqədar olaraq ABŞ-ın Dövlət katibi Rusiyadan Amerika demokratiyasının uğuruna zərbə vuran hərəkətlər etməməyi tələb edib: “Mövcud rəhbərliyin fəaliyyətindən artıq gördüyünüz kimi, zərərli fəaliyyətinin qarşılığında Rusiyaya qarşı qiymətlərin qaldırılmasına gətirəcək sərt addımlar atacağıq”.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamenti “Rusiya və başqa düşmən subyektləri tərəfindən” əks-təsir təbliğatı haqda qətnamə qəbul edib.
ABŞ-ın və Aİ-nin Rusiya informasiya siyasətinə qarşı mübarizə səylərini birləşdirmək niyyətini şərh edərkən, Avropa Parlamentinin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Sajad Kərim bildirib ki, bu qərarı qəbul etmənin zəruriliyi Avropadakı demokratik proseslərin, “xarici oyunçular, o cümlədən Rusiya tərəfindən” sızdırılmasına dair əldə olunan təkzibedilməz sübutlara əsaslanırdı.
“Buna görə, biz demokratiyamızı xarici qəsdlərdən qorumalıyıq. Məsələn, mötəbər məlumatlar var ki, “Brexit” üzrə kampaniyanın maliyyələşdirilməsi Rusiyadan aparılıb. Onu da sübut etmək olar ki, Marin Le Pen vəsaitləri Rusiyadakı banklardan birindən alırdı. Məlumdur ki, maliyyələşmənin belə sxemləri həmçinin Almaniyada, İtaliyada, Niderlandda, Belçikada və Polşada tətbiq olunub”, - deyə Sajad iddia edir.
Avropa parlamentarisinin sözlərinə görə, sənədin mətnində birmənalı şəkildə qeyd olunub ki, o həm Avropa İttifaqı ölkələrinə, həm də onun tərəfdaşlarına, yəni Aİ-nin tərəfdaşlıq münasibətləri olan ölkələrə tətbiq ediləcək.
“Hesab edirik ki, biz, belə bir kampaniyanın bizdən də çox qurbanı olmuş ölkələrin təcrübəsindən öyrənə bilərik”, - deyə Sajad vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı yalnız Aİ ölkələrində deyil, həm də Aİ-nin tərəfdaş ölkələrində seçkilərə Rusiya müdaxiləsinə qarşı çıxacaq.
“Bəzi ölkələr bura daxil edilib, bəzilərinin adı bu siyahıda yoxdur, amma əmin olun ki, Azərbaycan, Gürcüstan və Ermənistan bizim tətbiq etmək niyyətində olduğumuz o ölçülərin altına düşür”, - deyə Avropa parlamentarisi fikrini yekunlaşdırıb.