vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
21:19 | 2 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Humanitar və iqtisadi əməkdaşlığı aktivləşdirəcək»

Putinin xüsusi nümayəndəsi Xəzərin hüquqi statusu haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəzərin hüquqi statusuna dair müqavilə 2018-ci ilin əvvəllərində imzalana bilər. Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

«Düşünürəm ki, müqavilənin gələn ilin əvvəlində Astanada keçiriləcəyi gözlənilən sammitdə imzalanması mümkündür», - deyə xüsusi nümayəndə bildirib.

R. Abdulatipov xatırladıb ki, artıq 20 ildən çoxdur Xəzərin hüquqi statusundan danışılır, amma baza Konvensiyası hələ də imzalanmayıb.

Xüsusi nümayəndə onu da vurğulayıb ki, "əgər Xəzərin hüquqi statusu haqqında çoxdan gözlənilən Konvensiya imzalanacaqsa, bu, regionda həm humanitar, həm də iqtisadi əməkdaşlığı aktivləşdirəcək».

Qeyd edək ki, dünənki açıqlamasında Rusiya prezidenti Vladimir Putin də Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, İran və Azərbaycan arasında mövqelərin dəqiqləşdirilməsinin yaxın vaxtlarda yekunlaşa biləcəyini bildirib.