vaxtlı-vaxtında oxuyun! Cümə, 19 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9550 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2267 AZN
Türk lirəsi 1 TRY = 0.3042 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
İZDİHAM  
19:56 | 24 noyabr 2017 | Cümə Məqaləyə 856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanı «təmtəraqlı» qarşılama

Avropada yaşayan azərbaycanlılar Brüsseldə etiraz aksiyası keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlılar bu gün Belçika Krallığının paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın şəxs iştirak edib.

Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları tutan mitinq iştirakçıları münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və terror aktları, bir milyondan çox soydaşımızn məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndirib.

İki saat davam edən aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Avropa İttifaqının, ümumiyyətlə bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat qəbul edilib.

Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığı, on minlərlə insanın qətlə yetirilməsinə səbəb olduğu vurğulanır. Avropada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığını ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırıb. Bəyanatda həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən «Böyük Ermənistan» xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Qeyd edək ki, aksiyada Avropada fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *