vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
10:50 | 1 dekabr 2017 | Cümə Məqaləyə 2576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəziyyətdən çıxa bilməyəcək»

«AzSığorta» çətinliklərlə üzləşir

MÖVZU İLƏ ƏLAQƏLİ

«AzSığorta» ASC yeni biznes strategiyasının hazırlanmasına başlayıb. Bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, yeni strategiya zəif iqtisadi şəraitə cavab olaraq həyata keçirilir:

«AzSığorta» hal-hazırda rəqəmsallaşma vasitəsilə biznes proseslərinin optimallaşdırılması, xərclərin azaldılması və innovasiya ilə öz sığorta məhsullarının diversifikasiyasına çalışır. Buna baxmayaraq, düşünürük ki, bu strategiya uğurla həyata keçirilə bilməyəcək. Fikrimizcə, şirkət bazarda stabil mövqe tutmaq və strateji addımların atılması ilə bağlı çətinliklərlə üzləşir».

Agentliyin mütəxəssisləri bildirir ki, şirkət səhmdarlarına 2016-cı ilin mənfəətindən həmin il və 2017-ci ilin III rübündə müvafiq olaraq 22 faiz və 48 faiz həcmində dividend ödəyib: «Rəhbərliyin qərarından belə başa düşürük ki, şirkət kapitallaşmanı qorumaq üçün dividendlərin həcmini azaltmağa qərar verib. Bu qərar biznesin restrukturizasiyası çərçivəsində şirkətə dəstək olacaq».

Qeyd edək ki, «AzSığorta» 2017-ci ilin III rübünü 4,8 milyon manatlıq zərərlə başa vurub. (APA)