vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
21:34 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft qiymətlərində Yeni il durğunluğu

Yalnız Azərbaycanın «qara qızıl»ı 65 dollardan baha satılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin son satışlarında «Brent» markalı neftin bir bareli 65,25 dollara yüksəldikdən sonra yenidən 65 dolların altına düşüb.

APA TV-nin məlumatına görə, bu markadan olan neftin son satış qiyməti 64,73 dollardır. Qərbi Texas nefti isə 58,41 dollardan alıcılara təklif olunur.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,37 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin son qiyməti isə 64,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.

Artıq Milad bayramı münasibətilə birjalarda ticarət əməliyyatları dayanıb. Mütəxəssislər neft qiymətlərinin bir müddət ciddi dəyişməyəcəyini, 64,71 dollarla 65,17 dollar arasında dəyişəcəyini bildirir. Buna səbəb Milad bayramı və Rusiyanın enerji naziri Aleksandr Novak, OPEK və OPEK üzvü olmayan bir neçə neft hasilatçısı ölkənin «istehsalı azaltma qərarından vaz keçməyəcəkləri» barədə açıqlamalarıdır.

Bu arada İraq hökuməti Bağdadın şimalındakı neft quyularının işlənməsi üçün Çinin rəsmi neft şirkəti «Zenhua Oil» ilə ilkin razılaşma əldə edib. Ərazidə istehsalın 5 il ərzində günlük 40 min barelə çatacağı hədəflənir.

Eyni zamanda Kərkükdən Türkiyənin Ceyhan limanına yeni neft boru xətti çəkilməsi nəzərdə tutulur. Mərkəzi hökumət 350 km-lik xəttin gündə 1 milyon barel neft daşıma gücünə sahib olmasının arzulandığını açıqlayıb. Yeni xətt köhnə xəttin yanı ilə çəkiləcək.