vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:06 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2221 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Odla oynama»

Lavrovdan Amerikaya xəbərdarlıq etdi

Bəxtiyar UMARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyada odla oynamamağa çağırıb və ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əsas olduğunu dilə gətirib.

Amerikanın Suriyadakı əməliyyatlarına görə narahat olduğunu dilə gətirən Lavrov bildirib ki, bu Suriyanın parçalanmasına gətirib çıxarır. O, Amerikanı Ərəb dövlətlərinin gücünü zəiflətmək üçün kürdlərdən istifadə etməkdə günahlandırıb.

«Suriyanin ərazi bütovlüyünün pozulması istiqamətində atılan addımları narahatlıqla izləyirik. Bunun səbəbi Amerikanın Fərat çayının şərqi ilə Suriyanın İraq-Türkiyə sərhədi arasındakı ərazidə tətbiq etdiyi planlardır. Amerikanı odla oynamamağa və kürdlər də daxil olmaqla, Suriya, İraq və digər ölkə xalqlarının maraqlarına uyğun tutarlı addımlar atmağa çağırıram».