vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:39 | 20 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 1879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran qaynayır

Tehranda iğtişaşlar başladı, həlak olan 5 nəfərdən 3-ü polisdir

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. «Trend»in məlumatına görə, İran KİV-ləri həlak olanlardan 3-nün polis əməkdaşı olması bildirilir.

Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Qeyd edək ki, ötən gün polis sufi cərəyanının nümayəndisinin həbsinə qarşı çıxış edən etirazçıları dağıtdıqdan sonra polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Həmin vaxt naməlum şəxs avtobusu kütlənin üstünə sürüb.

 

***


00:30

İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

APA-nın məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulmehdi bildirib.

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

«Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır», - deyə Səid Müntəzirulmehdi bildirib.

O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.