vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:05 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Afrində meşə döyüşləri

Məhv olan terrorçu sayı 1800-ə yaxınlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Afrinin şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) döyüşçüləri ilə PYD/YPG terrorçuları arasında şiddətli döyüş baş verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, meşəlik ərazidə gizlənən terrorçular pusqudan çıxıb hücum etməyə cəhd göstərib.

Terrorçular ağır itki verərək geri çəkilməyə məcbur olub.

Bu arada «Zeytun budağı» əməliyyatının 33-cü günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1780-ə çatıb. Açıqlamanı TSQ yayıb.

Son əməliyyat günündə daha 65 terrorçu zərərsizləşdirilib.