vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
14:44 | 23 fevral 2018 | Cümə Məqaləyə 1248 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1-ci sinfə qəbul qaydalar dəyişdi

Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Martın 12-də bu prosesə Abşeron, Gəncə və Sumqayıtda start veriləcək. Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılır.

Şagirdlərin qəbulu ilə bağlı ən son məlumatları 5 suala cavabda təqdim edirik:

 

1. Kimlər birinci sinfə qəbul ediləcək?

 

Bu il birinci sinfə 2018-ci il 15 sentyabradək 6 yaşı tamam olan və ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Daha ətraflı məlumat bu linkdə: https://mektebeqebul.edu.az/az/

I sinfə eləcə də xüsusi istedadlı uşaqların vaxtından əvvəl qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olan uşaqlar qəbul edilir.

Lisey və gimnaziyalara qəbul müsabiqə əsasında həyata keçirilir və 1 yanvar 2010 - 31 dekabr 2012-ci il müddətində anadan olmuş uşaqlar müsabiqəyə qatıla bilər.

 

2. Elektron qeydiyyat necə aparılacaq?

 

Elektron qeydiyyat, barədə məlumat Azərbaycan Təhsil Nazirliyinin saytında yerləşdirilib. Burada valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Elektron ərizə qeydiyyatı sisteminə hələlik daxil edilməyən digər rayon və şəhərlərdə 2018/2019-cu dərs ili üçün 1-ci sinfə şagird qəbulu köhnə qaydalarla aparılacaq.

Nazirlik «YouTube» saytında elektron qeydiyyat üçün videotəlimat yerləşdirib.

 

3. Elektron qeydiyyatdan keçə bilməsən nə etməli?

 

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Daha ətraflı: http://baku.edu.gov.az/az/page/245

 

4. Lisey və gimnaziyalara qəbul

 

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli «Zəkalar» liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır.

Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

 

5. Məktəbə qəbul üçün hansı sənədlər lazımdır?

 

Qeydiyyatdan keçdikdən sonra məktəblərdə uşaqların əlavə müsahibəsi olmayacaq . Ötən il Bakı Şəhər Təhsil İdarəsi (BTŞİ) bildirib ki, buna görə də valideynlərin övladlarını özləri ilə məktəbə aparmasına ehtiyac yoxdur.

Qeydiyyatdan keçəndən sonra aşağıdakı sənədlər məktəbə təqdim edilməlidir. Məktəb valideynə qəbz verməlidir.

Qəbzin verilməsi uşağın birinci sinfə qəbul edilməsi deməkdir.

 

Məktəbə qəbul üçün elektron formada doldurulan sənəd

Valideynin və övladının şəxsiyyətini təsdiq edən sənədin əsli

Məktəbəhazırlıq qrupunda təhsilə dair arayış

Sağlamlıq haqqında arayış

 

BTŞİ öz «Facebook» səhifəsində suallara cavab verəcəyini bildirir.

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında ən son məlumatlar: http://edu.gov.az/az/page/522/14670


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *