vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:19 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni sədrin ilk rəsmi qəbulu

Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun təşəbbüsü ilə bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüş keçirilib.

Komitədən verilən məlumata görə, görüşdə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasında əməkdaşlıq, onun perspektivləri və bu istiqamətdə diasporun verə biləcəyi töhfələr müzakirə olunub.

Səfir Aleksandr Mişşenko Dövlət Komitəsinin sədri Fuad Muradovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Yeni işində uğurlar arzulayan səfir əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. A.Mişşenko Azərbaycandakı Ukrayna icmasının, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni imkanlar açıldığına əminliyini ifadə edib.

Dövlət Komitəsinin sədri Fuad Muradov isə təbrikə görə Aleksandr Mişşenkoya təşəkkür edib və əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini bildirib. O, qeyd edib ki, Azərbaycan və Ukrayna diasporu arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi hər iki icma üçün səmərəli ola bilər.