vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TƏDBİR  
22:01 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qiymət qalxdısa, enməsi çətin olur»

Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm». APA TV-nin məlumatına görə, bu sözləri Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

O bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümidi yox idi: «Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Biz bilirik ki, iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsulun qiyməti dövlət tərəfindən tənzimlənir, bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur. İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir».

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcədən səhiyyəyə ayrılan vəsaitin azalmasına etiraz edib. O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır: «Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik».

Deputat Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib. O, «Azəristiliktəchizat» ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib.

Millət vəkili Qənirə Paşayeva gənclərin mənzil problemindən danışıb. İcbari tibbi sığortanın ölkədə həllini gözləyən ən vacib məsələlərdən biri olduğunu deyən Q.Paşayeva müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

Vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir. O, vəkillik sahəsində də ciddi problemlərin olduğunu bildirib, vurğulayıb ki, vəkilləri əvəz edən müdafiəçilərlə bağlı qanunvericiliyə tənzimləmə ediləndən sonra bu sahəyə ciddi diqqət yetirmək lazımdır: «Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun gələn ilin büdcəsində nəzərə alınması vacibdir».

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *