
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Millət vəkilindən gürcü həmkarlarına müraciət
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Siyavuş Novruzov spikerdən siyahı istədi
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
Əflatun Amaşov hesabata etiraz etdi
Son günlər yerli mətbuatda jurnalistlərin Ermənistana səfər etməsi mövzusu geniş müzakirələrə səbəb olub. Mövzunun aktuallaşmasına səbəb “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana səfər etməsi və burada bəzi siyasətçilərdən müsahibələr alması olub. Belə ki, bu səfər ictimai xadimlər və media işçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb.
Məsələylə bağlı Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşov Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.
Ə. Amaşov qeyd edib ki, artıq 30 ildir Dağlıq Qarabağ münaqişəsi davam edir. Biz əlbəttə ki, bu münaqişədə haqlı tərəfik və bu haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışırıq. 20% torpaqlarımız hələ də işğal altındadır və bir dövlət, cəmiyyət olaraq əsas məqsədimiz vətənimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bu məqsədi reallaşdırmaq üçün hazırda bütün sahələrdə fəal iş aparılır. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi müstəvidə. Eyni zamanda da jurnalistika sahəsində görülən və görüləcək işlər sözügedən məqsədimizi reallaşdırmaq üçün həyati əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, müharibə bu gün yalnız cəbhədə deyil, eyni zamanda informasiya sahəsində gedir. Ona görə də belə hesab edirəm ki, jurnalistlərimizin bu sahədə Qarabağ və Ermənistana səfərlər etməsi, buradakı vətəndaşlar və siyasətçilərlə görüşməsi müsbət haldır və zəruridir.
Ə. Amaşov həmçinin bildirib ki, Ermənistan ictimaiyyəti Azərbaycanın bu münaqişədə haqlı tərəf olmasından, Xocalı və Qaradağ soyqırımlarındən, azərbaycanlılara qarşı törədilən cinayətkar əməllərdən, eyni zamanda bu gün inkişaf edən və hər sahədə öz gücü ilə Ermənistanı üstələyən Azərbaycan barədə məlumatlı olmalıdırlar.
Ə. Amaşov erməni jurnalistlərin də Azərbaycana gəlməsini müsbət qiymətləndirərək sözlərinə belə davam edib: “Erməni jurnalistlərin də Azərbaycana gəlməsi fikrimcə, müsbət qarşılanmalıdır. Onların Azərbaycanın regionlarındakı, Bakıdakı inkişafı gözləriylə görüb bu məlumatları erməni ictimaiyyətinə çatdırması bizim Qarabağ məsələsində gördüyümüz işlərə öz töhfəsini verəcək. 2018-ci ilin noyabr ayında mən İrəvanda oldum. İrəvandakı sosial-iqtisadi geriliyi və vətəndaş məmnuniyyətsizliyini öz gözlərimlə gördüm. Təsəvvür edin ki, şəhərdə hər sahədə gerilik nəzərə çarpacaq şəkildə müşayiət olunurdu. Mən bunları gördükdən sonra öz dövlətimlə qürur duydum və münaqişədə gec-tez qalib olacağımıza bir daha əmin oldum. İndi isə düşünək ki, bir erməni jurnalist İrəvandan Bakıya gəlir. O mənim keçirdiyim hislərin tam əksini keçirəcək. Öz dövlətinin geriliyi və gücsüzlüyüylə bir daha üzləşəcək və bunu erməni xalqına çatdıracaq”.
Sonda müsahibimiz qeyd etdi ki, mətbuatın əsas vəzifəsi məlumatı düzgün və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdır. Biz Azərbaycan-Ermənistan Dağlıq Qarabağ problemində haqlı tərəfik. Ona görə də erməni xalqının da bizim haqlı mövqeyimizi başa düşməsini təmin etməliyik.
Nicat İSMAYILOV