
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olmasına dair çıxış edib. Vaxt.az Ə.Amaşovun çıxışının mətnini təqdim edir:
“Xalq Cümhuriyyətimizin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir. Tanrı bizə o xoşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik. Biz bununla fəxr edirik. Elə etməliyik ki, bu irsə varisliyimizi əməli nümunələrdə göstərək. Hesab edirəm ki, cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi bu baxımdan son dərəcə vacibdir. Bu medal cümhuriyyət irsinə sahibliyin, ehtiramın növbəti bariz nümunəsidir.
Düşünürəm ki, həm cənab Prezidentin sərəncamı, həm də bu yubiley medalı, eləcə də keçirilən və keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu, son dərəcə vacibdir. Çünki indiyədək hələ də Cümhuriyyət liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşanlar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər. Ancaq belə mübahisələr sırf elmi mahiyyət daşımalıdır, siyasi konyukturadan uzaq olmalıdır.
Mən əminəm ki, dövlət rəhbərliyinin Cümhuriyyətin tariximizdəki rolunu fundamental qiymətləndirməsi həm bu istiqamətdəki mənasız ritorikanı aradan qaldıracaq, həm də Cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaqdır”.