
Əliyevin mesajı...
Sülh sazişi olmasa, İrəvanı nələr gözləyir?
Sülh sazişi olmasa, İrəvanı nələr gözləyir?
Dünya Azərbaycanlılarının V Qurultayı haqqında düşüncələr
“Zəfər Qurultayının böyük rəmzi mənası var”
Azərbaycanın mədəniyyət paytaxtında 5-ci qurultay keçiriləcək
Qitədə yaşayan azərbaycansevərlər Brüsselə gedəcək
Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub
Dövlət Komitəsində yeni sayt və loqo yaradılır
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaq”
Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...
İbrahimovun baş tutmayan «iş adamları»nın forumuyla bağlı ilginc məqamlar
İş adamlarının Bakı forumunun təxirə salınması iqtisadçı reaksiyası
Sadəlövh hollandları «soyqırım» nağılına inandırdıqlarına görə...
«Xoca» filmi Brüsseldə nümayiş olunub
Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub. Məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib. Digərlərinin isə ərizəsi alınıb.
Xatırladaq ki, Komitə sədri Fuad Muradov prezident İlham Əliyev diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verdiyini deyib.
O qeyd edib: “Demək olar ki, hər gün yeni istiqamətdə yanaşmalar, eyni zamanda, mütləq qaydada kadr dəyişiklikləri olacaq. Bu istiqamətdə ciddi işlərimiz gedir. Komitənin işində yeni istiqamətlər olmalıdır. Yeni kadrlar müxtəlif dilləri bilməlidirlər. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın”.
F.Muradov bildirib ki, diaspor işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərlə bağlı olmalıdır:
“Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, Vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kimlər yeni tələbləri, yanaşmaları qəbul edəcəklərsə, onların hamısı işini davam etdirəcək”.