
Asiya eşşək arısı İrlandiyanı “sancdı”
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar
Belçikada sağlamlıq riski daşıyan kartof kroketləri yığışdırılır
Əksər yerlərdə yalnız təcili yardım xidmətləri göstərilir
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Belçikada içərisində Salmonella bakteriyası aşkar edilən yumurtalar yenidən satışa çıxarılıb
Nəzəriyyə imtahanı üçün 1500 avro tələb edirlər
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
17,5 il avtomobil sürmək qadağası, 25 min avro zərimə, sürücülük imtahanı və s...
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Brüsseldə minlərlə insan sosial xərclərin azaldılmasına etiraz etmək üçün küçələrə çıxıb
“Ryanair” təyyarəsinə bomba təhlükəsindən sonra bütün uçuşlar dayandırılıb
Almaniyada 7 müəssisə bağlanıb, türk işçilər deportasiya edilir
Belçika tütün məmulatlarının mağazalarda nümayişini qadağan edir
Bütün uçuşlar ləğv edildi
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımızın, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə iştirakçılar “Qarabağa qayıtmaq istəyirik!”, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edəcəklər.
Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb edəcəklər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.
Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq. Aksiya yerli vaxtla saat 14.00-da başlayacaq.